SİYASƏT

Hit : 397

Sədr bəyanat yayaraq milyonlarla iraqlını ABŞ-a qarşı ayağa qalxmağa səslədi

Sədr bəyanat yayaraq milyonlarla iraqlını ABŞ-a qarşı ayağa qalxmağa səslədi

21:47, 14.01.2020

İraqda “Sədr” Hərakatı lideri, din xadimi və siyasətçi Müqtəda əs-Sədr İraqın milyonlarla əhalisinə ABŞ-a qarşı birlik olmaq üçün müraciət ünvanlayıb.

 

İslaminSesi alforatnews-a istinadən xəbər verir ki, Müqtəda Sədr bütün İraq əhalisini və bütün təşkilatları birləşib işğalçı yadelliləri ölkədən qovmağa səsləyib. Sədr həmçinin bu barədə öz tvitter hesabında bəyanat yayıb. Sədr bəyanatında:

 

“İraqın səması, torpaqları və suverenliyi işğalçı qüvvələr tərəfindən pozulur.

Nə şərq, nə qərb, bütünlüklə İraq İnqilabına! İnqilab qələbəsi İraq və əhalisinə xeyir və bərəkət bəxş edəcək!

Belə! Ey Allah ordusu və vətən övladları, Amerika ordusuna və onun (qanun) pozuntularına qarşı milyonların cəm olub, bir olduğu dinc etirazlara!” deyərək milyinlarla iraqlını birliyə və dinc etirazlara çağırıb.

 

Biz Uca Allahdan qeyri heç bir güc qarşısında boyun əymərik deyən Sədr, artıq ölkəsinin onları qoruyacaq bir parlamentlərinin, həmçinin suveren və güclü bir dövlətlərinin olduğunu bildirib.

 

 photo 2020 01 14 17 01 45

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər