ÖLKƏ

Hit : 31

Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

14:12, 04.06.2020

İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoz:


İyunun 5-6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər