DÜNYA

Hit : 206

 S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq – KİV

S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq – KİV

22:00, 23.04.2019

Rusiya istehsallı S-400 zenit-raket kompleksləri Türkiyənin cənub və qərbində quraşdırılacaq.

 

"İslaminSesi" Trendə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

 

Türkiyə Müdafiə Nazirliyi xəbəri hələ şərh etməyib.

 

Bundan əvvəl S-400-lərin Ankara və İstanbulda yerləşdiriləcəyi bildirilirdi.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər