SİYASƏT

Hit : 2791

“S-300”-lər Suriya səmasının təhlükəsizliyini tam təmin edə biləcəkmi?

“S-300”-lər Suriya səmasının təhlükəsizliyini tam təmin edə biləcəkmi?

10:52, 04.10.2018

"S-300 Raket Əleyhinə Müdafiə Sisteminin Suriyaya yerləşdirilməsi işin bir tərəfidirsə, digər tərəfi isə həmin kompleksinin idarə edilməsi ilə bağlıdır. Sonuncu İsraillə baş verən insidentdə göstərdi ki, S-300 RƏM sistemlərinin idarə edilməsi ilə bağlı ciddi mütəxəssislərə ehtiyac var.”

Bu sözləri “İslaminSesi”nə politoloq İlqar Vəlizadə Rusiya tərəfinin S-300 RƏM sistemlərinin Suriyaya tam şəkildə yerləşdirilməsinə münasibət bildirərkən qeyd edib.

 

Politoloqun sözlərinə görə, S-300 sisteminin rusiyalı mütəxəssislər tərəfindən idarə ediləcəksə, bu Suriya səmasının təhlükəsizliyi üçün atılmış çox mühüm addım olacaq:

 

“Suriyada vəziyyət həddən artıq mürəkkəbdir. Səbəb isə bir neçə dünya gücünün öz maraqlarını təmin etmək istəyidir və onlar müxtəlif formalarda hərbi güclə təmsil olunurlar. Suriya ətrafında təkcə ABŞ-ın 80-a yaxin hərbi bazası var. Eyni zamanda kürdlərin nəzarət etdiyi bölgələrdə ABŞ-a və Fransaya aid hərbi birləşmələr və onların ixtiyarlarına verilmiş hərbi aerodromlar vardır. Bu baxımdan Suriya səmasının S-300-lər hesabına tam təhlükəsizliyini təmin etmək çətindir. “ 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər