DÜNYA

Hit : 418

Rusiyalı politoloq: “Suriyadakı S-300-lər birbaşa İsraili hədəfə alıb”

Rusiyalı politoloq: “Suriyadakı S-300-lər birbaşa İsraili hədəfə alıb”

10:30, 09.10.2018

İşğalçı İsrailin hərbi hava qüvvələri bundan sonra Suriyada daha diqqətli olacaqlar. Çünki Suriyada yerləşdirilən “S300” raket kompleksinin trayektoriyası birbaşa sionist rejimin hava qüvvələrinin məkanına yönəlib.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq İqor Korotçenko səsləndirib.

 

O, bildirib ki, işğalçı İsrail indiki vəziyyətdə hər cür təxribatdan uzaq durmaq məcburiyyətində qalacaq.

 

Korotçenko  Yunanıstan və Kiprin də sahib olduğu “S-300” raket  sistemlərinin texnologiyasının guya ABŞ və İsrailə ötürüldüyü haqda yayılan şaiyələrə də münasibət bildirib.  

 

Rusiyalı politoloq qeyd edib ki, raket kompleksi hazırlanarkən istifadə olunan dizayn və istehsal prosesi tam məxfi həyata keçirilib.  Bu səbəbdən də, “S-300” sistemlərinin yeganə sahibi Rusiya olaraq qalır. Yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər