SİYASƏT

Hit : 60

Rusiyadan Azərbaycana hədə mesajları - “Ermənistana hücum olarsa, KTMT mexanizmləri işə düşəcək”

Rusiyadan Azərbaycana hədə mesajları - “Ermənistana hücum olarsa, KTMT mexanizmləri işə düşəcək”

16:17, 05.11.2019

“Ermənistan KTMT-yə Ermənistan sərhədlərində Azərbaycanın hərəkətləri ilə bağlı rəsmi olaraq müraciət etməyib. Əgər belə müraciət olarsa, təşkilatın əlaqədar mexanizmləri işə düşəcək. 102-ci baza gözəllik üçün burada yerləşdirilməyib”.

İslaminSesi xəbər verir ki, bu barədə KTMT-nin iclasından sonra Rusiya Dumasının üzvü Konstantin Zatulin jurnalistlərin sualına cavab verərkən deyib. O, daha sonra bildirib ki, “Tavuş” rayonunda rəqibin hərəkətləri terror aktı hesab olunmur.


“Əgər Ermənistan KTMT üzvü kimi təşkilatın digər üzv dövlətləri ilə bağlı bununla bağlı məsələ qaldırmaq istəyirsə, belə bir hüququ var, amma mən bu barədə məlumatlı deyiləm”, - deyə Zatulin davam edib.


“Rusiya Ermənistanı öz tərəfdaşı hesab edir. Əgər bu ölkəyə hansısa bir hücum olarsa, KTMT mexanizmləri işə düşəcək. 102-ci baza gözəllik üçün burada yerləşdirilməyib. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Paşinyan elan edir ki, ““Artsax” - Ermənistandır və nöqtə”, Azərbaycan prezidenti isə mənim və başqalarının yanında bəyan edir ki, “Dağlıq Qarabağ Azərbaycandır və nida”. Hər kəs reallığı öz istədiyi kimi qəbul edir”, - Zatulin deyib./Muxalifet.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər