DÜNYA

Hit : 59

Rusiyada əhali miqrantların hesabına artmaqdadır –Proqnoz

Rusiyada əhali miqrantların hesabına artmaqdadır –Proqnoz

21:49, 07.10.2019

Rusiyada əhalinin sayında azalma azı 2023-cü ilədək davam edəcək. Bu haqda Rusiyanın 2020-2022-ci illər üzrə sosial-iqtisadi inkişaf proqnozunda deyilir.

 

Sənəd federal büdcə layihəsi ilə birlikdə Dövlət Dumasına təqdim olunub.

 

Sənədə görə, 2023-cü ilədək əhali artımı əsasən miqrantların hesabına baş verəcək. Yalnız 2024-cü ildən sonra əhalinin təbii artımını gözləmək olar.

 

2024-cü ilədək Rusiya əhalisinin sayının 149 milyona yaxınlaşacağı gözlənir.

 

Bu ilin aprelində baş nazirin müavini Tatyana Qolikova deyirdi ki, 2018-ci ildə ölkədə hər üç regiondan birində ölüm səviyyəsi artıb. O daha öncə bildirmişdi ki, 2018-ci ilin 11 ayı ərzində Rusiyada ölüm səviyyəsi doğumu 193 min nəfər üstələyib.

 

2018-ci ilin dekabrında isə Rosstat Rusiyada ilk dəfə olaraq 10 il ərzində əhalinin azaldığını bildirmişdi. Bunun miqrasiya axınının təbii azalmanı kompensasiya edə bilməməsi ilə bağlı olduğu deyilirdi. Qolikovanın sözlərinə görə, ötən il Rusiyada əhali 99,7 min nəfər azalıb.

 

2015-ci ildə bəri Rosstat Rusiyanın ilhaq etdiyi Krımın da əhalisini (2 milyon nəfərə yaxın) nəzərə alır. 2014-cü ildə Rusiyanın ilhaqından sonra Ukraynanın bu yarımadasının əhalisi təxminən 50 min nəfər azalıb. Bir səbəb Krım tatarlarının Ukraynaya köçməsiylə bağlıdır. Rosstat yarımadanın da demoqrafik göstəricilərini nəzərə alır. (azadliq.org)

 
 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər