DÜNYA

Hit : 31

Rusiya Suriyaya hansısa məxfi silah apardı - Əsəd ordusu İdlibdə

Rusiya Suriyaya hansısa məxfi silah apardı - Əsəd ordusu İdlibdə "TOÇKA-U" tətbiq etdi

10:41, 07.11.2019

Rusiyanın Suriyaya naməlum xarakterli hansısa ağır silah çatdırdığı məlum olub.

İslaminSesi "Avia.pro" portalına istinadən xəbər verir ki, hökumət qüvvələrinə yaxın olan Suriya mənbələri silahların bir neçə hərbi gəmi ilə daşındığını bildiriblər. Gəmilərdən biri Bosfor boğazından keçərkən görüntülənib, amma onun yükünün nədən ibarət olduğunu müəyyən etmək mümkün olmayıb.

Suriya hökuməti bu barədə hansısa şərh vermir, amma böyük ehtimalla Rusiyadan daşınan silahlar Əsəd qüvvələrinin Türkiyə ilə həmsərhəd İdlib bölgəsində yaraqlılara qarşı yeni irimiqyaslı hücumuna hazırlıqlarla bağlıdır.

 

 

Ehtimallara görə Rusiya ola bilsin reaktiv yaylım atəşi sistemləri göndərib, digər ehtimala əsasən söhbət “İsgəndər-M” operativ-taktiki raket kompleksindən gedir. Bununla belə mütəxəssislər Rusiyanın İdlibdə boşalan Amerika bazalarında yerləşdirilmək üçün əlavə hava hücumundan müdafiə sistemlərini Suriyaya apardığını da istisna etmirlər.

 

 

Digər xəbərə əsasən Suriya ordusu İdlibdə taktiki raketlərdən istifadə etməyə başlayıb. Belə ki, yaraqlılara qarşı sovet dövründə hazırlanan və nüvə başlığı daşıya bilən “Toçka-U” operativ-taktiki raketi tətbiq olunub. Həmin raketlərdən biri, belə görünür ki, partlamayıb və Latakiyanın şimalında, Cebel-əl-Akrad yüksəkliyində düşüb. Raketlərin yaraqlıların möhkəmləndirilmiş mövqelərinə qarşı tətbiq edildiyi bildirilir./Virtualaz.org/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər