DÜNYA

Hit : 44

Rusiya ordusu Suriyada yaraqlılar tərəfindən daşqalaq edildi

Rusiya ordusu Suriyada yaraqlılar tərəfindən daşqalaq edildi

11:21, 13.05.2020

İdlibdə M-4 magistral yolunda Rusiya ordusu, qanunsuz silahlı dəstələrin üzvləri olduğu iddia edilən yerli qruplaşmaların hücumuna məruz qalıb.

İslaminSesi-nin xarici "avia.pro" nəşrinə istinadla verdiyi məlumata görə, rus hərbi texnikalarına hər hansı zərərin dəydiyi bilinmir. Lakin İdlibdəki vəziyyət tez-tez gərginləşir ki, bu da Rusiyanın Suriya ilə birlikdə Ərəb Respublikasının şimal-qərb hissəsini yaraqlılardan təmizləməyə davam edə biləcəyini istisna etmir. 

 

"Yaraqlılar və terrorçuların razılaşmalara əməl etməyəcəkləri lap əvvəldən aydın idi. Ankara Suriyanın bu hissəsini dinc həyata qaytarmaqda heç bir uğur əldə edə bilmədi. İndi bunu Suriya və Rusiya hərbi qüvvələri etməlidir" - deyə analitiklər bildiriblər.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər