DÜNYA

Hit : 109

Rusiya Nigeriya üçün 7 ədəd müasir

Rusiya Nigeriya üçün 7 ədəd müasir "Mi-35" hazırlayıb

14:51, 20.01.2020

Rusiya, Nigeriya üçün müqavilə çərçivəsində qalan yeddi Mi-35 helikopteri hazırlayıb.

İslaminSesi xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

 

Məlumatda bildirilir ki, Rusiya ödənişləri aldıqdan dərhal sonra helikopterləri təhvil veriləcək.


Qeyd edək ki, Mi-35 Mi-24 helikopterlərinin təkmilləşdirilmiş versiyasıdır. Rusiya Müdafiə Nazirliyinin ehtiyacları və ixrac üçün nəzərdə tutulmuşdur. Mi-35 helikopterlərinin modernləşdirilməsi proqramı çərçivəsində helikopterlərə gecə görmə, daha 4.0 km məsafədə obyektlərin aşkar edilməsi və tanınmasına imkan veren termal müşahidə sistemi (model IRTV-445MGH), həmçinin, vertolyota cari koordinatları müəyyən etməyi təmin edən GPS115L Garmin interface unit VPS-200, peyk naviqasiya sistemi əlavə edilmişdir./faktxeber.com/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər