DÜNYA

Hit : 115

Rusiya Hindistan üçün S-400 istehsalına başladı

Rusiya Hindistan üçün S-400 istehsalına başladı

12:30, 04.02.2020

Rusiya Hindistan üçün S-400 zenit-raket sistemləri istehsalına başlayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov açıqlayıb.

 

"Rusiya S-400-ü Hindistana müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verəcəkdir. Ümumilikdə, tərəflərin üzərinə götürdüyü bütün öhdəliklər, o cümlədən ödəniş tam yerinə yetirilir. Həmçinin Hindistanda bir təlim mərkəzi yaratmaq üçün işlər davam etdirilir", Sənaye və Ticarət Nazirliyinin rəhbəri qeyd edib./SalamNews/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər