DÜNYA

Hit : 38

Rusiya hərbçiləri Suriyadakı amerikalıları yeni hərbi baza ilə blokladı

Rusiya hərbçiləri Suriyadakı amerikalıları yeni hərbi baza ilə blokladı

15:47, 29.05.2020

Rus qoşunları Suriyada yeni bir hərbi baza yerləşdirməyə başlamaqla, həmin ərazidə amerikalıların mövcudluğuna mane olur.

Belə ki, br neçə gün əvvəl Suriya ordusundakı adı açıqlanmayan mənbələr Rusiyanın Ərəb Respublikasının şərq hissəsində yeni bir hərbi obyekt yerləşdirməyi planlaşdırdığını bildirmişdi.


İslaminSesi xarici mediaya istinadla xəbər verir ki, son vaxtlar Suriyanın şərq hissəsində Rusiya hərbçiləri tərəfindən patrul xidmətinin yaradılması bu faktla əlaqədardır.


Bir sıra məlumatlara görə, yeni hərbi bazanın yerləşdirilməsinin əsas səbəbi Suriyadan neft qaçaqmalçılığının qarşısını almaq və Amerika qoşunlarının hər hansı bir hərəkətinə mane olmaqdır.


Ekspertlərin fikrincə, əgər bu məlumatlar doğrudursa, deməli, Amerika hərbi qüvvələrinin bölgədə daha çox qalması onlar üçün yaxşı perspektiv vəd eləmir ki, bu fakt da Rusiya qoşunlarının amerikalıları Ərəb Respublikası ərazisindən tamamilə çıxmasına məcbur edəcəklərini istisna etmir.


Qeyd edək ki, Rusiyanın müdafiə qüvvələri tərəfindən bu mövzu ilə bağlı hələ ki şərh verilməyib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər