DÜNYA

Hit : 3940

Rus raketi Amerika istehsallı tankın qülləsini belə dağıtdı - VİDEO

Rus raketi Amerika istehsallı tankın qülləsini belə dağıtdı - VİDEO

11:52, 07.02.2020

Rusiya tank əleyhinə raket Amerika tankının qülləsini tamamilə sıradan çıxarıb.

İslaminSesi xəbər verir ki, bu barədə xarici avia.pro nəşri məlumat yayıb.

 

Sosial şəbəkələrdə yayılan məlumatda Amerikanın tank istehsalçıları üçün heç də xoş olmayan videoçarx da yerləşdirilib. Videoda Amerikan istehsalı olan M-60 tankının qülləsinin Rusiyaya məxsus tank əleyhinə raketlə vurulmasının dəhşətli görüntüsü təsvir edilib. Ehtimal olunur ki, söhbət ağır zirehli texnikanın qülləsini tamamilə sıradan çıxaran PTRK "Kornet"-dən gedir.


Verilən məlumatlardan aydın olur ki, Amerika istehsallı sözügedən M-60 tankı Misir Silahlı Qüvvələri arsenalının tərkibindədir. Videoda təsvir olunan hadisə isə Sinay yarımadasında baş verib. Tank əleyhinə raket zərbəsindən sonra əsir düşənlər olmasa da, zərbə tank və onun ekipajı üçün faciə ilə nəticələnib.


Qeyd etmək lazımdır ki, Rusiya tank əleyhinə sistemləri mövcud hərbi qarşıdurmalarda öndə getdiyini həmişə sübut edib. Belə ki, həmin sistemlər nisbətən uzaq məsafədəki ağır zirehli texnikalara ciddi şəkildə ziyan vurur.


Maraqlıdır ki, bir gün əvvəl Türkiyə ən azı 20 ədəd M-60 tankını Suriyaya göndərmişdi. Nəzərə alınsa ki, Suriya ordusunun arsenalında Rusiyanın "Kornet"ləri də var, onda hücum edəcəyi təqdirdə Türkiyə hərbi qüvvələrini də videoda təsvir olunan nəticələr gözləyə bilər.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər