SİYASƏT

Hit : 145

Rus ideoloqdan sensasion açıqlama: Ərdoğana bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir

Rus ideoloqdan sensasion açıqlama: Ərdoğana bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir

12:30, 03.03.2020

İdlib məsələsi Ərdoğana təhdid yarada bilər.

Bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib.

 

“Türk geosiyasəti üçün İdlibdə israrlı olmaq intihardır. FETÖ da məhz Suriyada Rusiya ilə Türkiyənin üz-üzə gəlməsini və Qərbin Suriyaya müdaxilə etməsini istəyir. Bu, Türkiyəyə qarşı gerçəkləşdirilən yeni çevriliş ola bilər. Davudoğlunun komandası Ərdoğana təsir göstərməyə, onu ABŞ-ın maraqlarına doğru çəkməyə çalışır. Buna təslim olmaq düşmənə təslim olmaqdır, intihar etməkdir.

 

Bu,təyyarə böhranından daha ciddi vəziyyətdir. Türkiyə Rusiyanın strateji tərəfdaşıdır, amma bu vəziyyət bütün əlaqələri pisə doğru aparır. Bu, sadəcə Ərdoğana deyil, Türkiyəyə də zərər verə, Qərbin Türkiyədəki maraqlarını reallaşdırmasının önünü aça bilər”, – deyə o bildirib.


Duqin Rusiyanın Türkiyə ilə savaş istəmədiyini söyləyib:


“Rusiya Türkiyə ilə savaşdan qaçır. Yalnız bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir. Putin Ərdoğanla İdlibdən başqa hər məsələni müzakirə edə bilər”./axar.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər