DÜNYA

Hit : 60

Rus bombardmançı təyyarəsi 1.5 saat ərzində Amerikanın döyüş gəmisinə 12 dəfə hücum edib

Rus bombardmançı təyyarəsi 1.5 saat ərzində Amerikanın döyüş gəmisinə 12 dəfə hücum edib

15:07, 16.05.2020

Rusiyanın Su-24 bombardmançısı cəmi bir saat yarım ərzində Amerikanın bir döyüş gəmisinə 12 hücum stimulyasiyası edib.

İslaminSesi "İnfoRuss" nəşrinə istinadla xəbər verir ki, Rusiya özünün Su-24 bombardmançısının Amerikanın "Donald Cook" hərbi gəmisinə cəmi bir saat yarım müddətində 12 hücum reallaşdırdığını, ABŞ Hərbi Dəniz Qüvvələrinin hər hansı qətiyyət nümayişinə məhəl qoymadığını, təhlükəsizlik maraqlarına uyğun hərəkət etməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, əslində bu hadisə 2014-cü ildə baş verib. Məsələ bundadır ki, son zamanlar Rusiyanın şimal sərhədlərində Amerikanın raket məhvedicisinin gözlənilmədən göründüyünü nəzərə alaraq, mütəxəssislər rus hava qüvvələrinin 6 il əvvəlki qətiyyətlərini təkrar nümayiş etdirə biləcəkləriuni xatırladıblar.


Onu da bildirək ki, Rusiya öz sərhədlərini NATO-nun mümkün zərbələrindən qorumağa hazır olduğunu nümayiş etdirmək üçün hərbi təlimlər keçirərək ABŞ hərbçilərini Barents dənizindən çəkilməyə məcbur edib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər