SİYASƏT

Hit : 255

Ruhani ilə Ərdoğan arasında telefon danışığı olub

Ruhani ilə Ərdoğan arasında telefon danışığı olub

21:14, 29.02.2020

İran prezidenti Həsən Ruhani ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

 

İslaminSesi İran KİV-lərinə istinadən xəbər verir ki, ölkə başçıları İdlib gərginliyini müzakirə edib.

 

Həsən Ruhaninin türkiyəli həmkarına Suriya, İran və Türkiyənin iştirakı ilə Tehranda üç tərəfli görüş təklif etdiyi bildirilir.

 

Ruhani bu görüşün dinc əhaliyə töhvə verəcəyini, terrorun kökünü kəsməkdə mühüm rol oynayacağını bildirib.

 

Həmçinin koronovirus təhlükəsinə toxunan Həsən Ruhani, İran və Türkiyə səhiyyə nazirlikləri arasında əməkdaşlığın zəruriliyini qeyd edib. O, həmçinin virusa qarşı mübarizədə iki ölkə arasında ortaq proqram hazırlamağa, hər iki tərəfin vətəndaşları arasında davamlı əməkdaşlıq, ticarət və səfərlər üçün uyğun zəmin yaratmağa töhfə verməyə hazır olduğunu bildirdi.

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər