SİYASƏT

Hit : 54

Roqozin, Trampın

Roqozin, Trampın "super raket" haqqında verdiyi açıqlamaya zarafatla cavab verdi

12:34, 16.05.2020

Şənbə günü Roskosmosun rəhbəri Dmitri Rogozin ABŞ-da səsdən sürətli raketin hazırlanması barədə xəbərlərə Twitter-də zarafatla cavab verib.

İslaminSesi-nin vesti.ru-ya istinadla verdiyi xəbərə görə, dövlət korporasiyasının baş direktoru Amerikanın sözügedən bu raketini "tutmaq üçün heç nəyə yaramayan, yalnız imtina etmək" üçün lazım olan "super-puper raket" adlandırıb.

 

Qeyd edək ki, Rusiyada artıq səsdən 20 dəfə sürətli "Avanqard" hipersonik döyüş başlığı mövcuddur. Bundan daha əvvəl bildirildiyi kimi, Strateji Raket Qüvvələrində "Avanqard"la silahlanmış ilk alay Orenburq bölgəsində yerləşib.


Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə günü elan etdiyi, səs sürətini 17 qat üstələyə biləcək bir raket yaratmağı planlaşdırdıqlarını elan etmişdi.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər