İDMAN

Hit : 787

Ronaldonun maaşı A Seriyasındakı 10 klubun büdcəsindən çoxdu

Ronaldonun maaşı A Seriyasındakı 10 klubun büdcəsindən çoxdu

11:00, 05.09.2018

"Real"dan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo yeni klubunda rəsmi oyunlarda hələ qol vura bilməsə də, maaşı ilə gündəmə gəlib

İslaminSesi.info - Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, Turin klubunda illik 31 milyon avro maaş alacaq 33 yaşlı ulduz ölkədə ən çox qazanan futbolçudu.

 

Ronaldo A Seriyasının 10 klubunun - "Atalanta", "Kalyari", "Kyevo", "Empoli", "Frosinone", "Cenoa", "Parma", "Sassuolo", "Spal" və "Udineze"nin ümumilikdə futbolçularına verəcəyi maaşdan daha çox məvacib alacaq.

 

Ronaldoan sonra A Seriyasında ən çoz maaş alan futbolçu Qonzalo Hiquayndı. "Yuventus"un "Milan"a icarəyə verdiyi argentinalının illik maaşı 9,5 milyon avrodu. İlk "üçlüy"ü "Liverpul"dan "Yuventus"a keçən Emre Can qapayır - 5 milyon avro.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər