DÜNYA

Hit : 45

Robert Koçaryan bu dəfə də azadlığa çıxa bilmədi

Robert Koçaryan bu dəfə də azadlığa çıxa bilmədi

14:29, 07.11.2019

Yerevan məhkəməsi növbəti dəfə sabiq prezident Robert Koçaryanı həbsdə saxlayıb.

İslaminSesi xəbər verir ki, məhkəmə R. Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib.

R. Koçaryanın işi ilə bağlı növbəti məhkəmə iclası noyabrın 12-də keçiriləcək.

 

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etsələr də, onların şikayətləri təmin edilməyib.

 

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra sabiq prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir./APA/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər