İSLAM

Hit : 190

Rəcəb ayı daxil oldu –

Rəcəb ayı daxil oldu – "Rəcəb" sözünün mənası və ayın əlamətdar günləri

09:19, 25.02.2020

Hicri-qəməri tarixinin yeddinci ayı və bu ayın fəziləti barəsində onlarla hədis nəql edilmiş, həmçinin bu ayda bir çox mühüm hadisələr baş vermişdir.

İslaminSesi.info - Rəcəb ayı hicri-qəməri ilinin yeddinci ayıdır. Ondan sonra isə şaban ayı gəlir. Rəcəb ayı İslamdan öncə də cahil ərəblər tərəfindən belə müqəddəs hesab edilirdi. Hicazdakı ərəb tayfaları onu haram (hörmətli) ay bilər və o zamanda müharibə etməzdilər.

 

Qurana görə bəzən qəbilələr müharibə etmək məcburiyyətində qalanda haram ayların yerini dəyişdirərdilər. Lakin Mudir qəbiləsi rəcəbi çox ehtiam etdiklərindən nə olursa olsun o ayda müharibəyə getməzdilər. Qədim ərəblər bəzən rəcəbin bu qəbiləyə aid olduğunu deyirlər.

 

Hərfi mənasına görə rəcəb təzim etmək, həya etmək, çəkinmək mənası daşıyır. Rəcəb, ərəb dilində "Rəcbun-Rəcəbə-Yərcubu" mənşəli sözdür. İnsan müəyyən bir məsələdə həya edib çəkinərək və ya qorxaraq təzim edirsə bu "rəcbun" adlanır. Görünür ayın rəcəb adlandırılması da hicazdakı qəbilələrin ona olan ehtiramından irəli gəlir. 

 

Elə islam dini də ərəblərin haram ayları ilə bağlı adətini təsdiqləyir və o aydakı ibadətlər barədə saysız hesabsız hədislər buyurulur.

 

Rəcəb ayında islam dünyasında bu hadisələr baş vermişdir:

 

Rəcəbin 1-i İmam Baqirin döğum günü.

Rəcəbin 3-ü İmam Hadinin şəhadəti

Rəcəbin 5-i İmam Hadinin doğum günü

Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür.

Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü.

Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü.

Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.

Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl).

Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti Məkkədən Həbəşistana səfər etmələri baş vermişdir.

Rəcəbin 15-i (hicri 2-ci il) qiblənin Beytül-Müqəddəsdən Kəbəyə tərəf dəyişdirilməsi baş vermişdir.

Rəcəbin 15-i (hicri 62-ci il) Həzrəti Zeynəbin (s) vəfatı günüdür.

Rəcəbin 19-u (hicri 9-cu il) Təbuk qəzvəsi (döyüşü) baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etdirmişdir.

Rəcəbin 20-si (hicri 13-cü il) müsəlmanlarla Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.

Rəcəbin 24-ü (hicri 7-ci il) müsəlmanların Xeybər döyüşündə qələbə çalması günü.

Rəcəbin 25-i (hicri 183-cü il) İmam Kazimin şəhadəti

Rəcəbin 27-si (hicrətdən 13 il əvvəl) Məhəmməd peyğəmbərə (s) peyğəmbərliyin verilməsi günü – Məbəs günüdür.

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər