İSLAM

Hit : 30

Ramazan ayının 29-cu gününün duası və dərin mənalı ifadələri

Ramazan ayının 29-cu gününün duası və dərin mənalı ifadələri

10:35, 23.05.2020

Ramazan ayı gündəlik duaları həcmcə kiçik olsa da hər bir kəlməsi dərin etiqadın və inancın göstəricisidir.

İslaminSesi - Bu gün mübarək ayın 29-cu günüdür. Ramazan ayı bizdən ayrılmaq üzrədir. Mütəal Allah tutulan orucları, edilən duaları ali dərəcədə qəbul etsin.

 

Bu ayın bərəkət əlamətlərindən biri də hər gecəsinin öz namazının olması, hər günün xüsusi namazının olması və ümumi bu ayın xüsusi duasının olmasıdır. Bu da o deməkdir ki, mübarək ramazan ayında Allah Təalanın bəndələrinə xüsusi nəzəri vardır.


29-cu günün duası:


اللهمّ غَشّنی بالرّحْمَةِ وارْزُقْنی فیهِ التّوفیقِ والعِصْمَةِ وطَهّرْ قلْبی من غَیاهِبِ التُّهْمَةِ یا رحیماً بِعبادِهِ المؤمِنین


Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin

 

Tərcüməsi:


Allahım bu ayda məni rəhmətinə bürü! Mənə müvəffəqiyyət və özünü günahdan qoruma qüdrəti inayət eylə! Qəlbimi töhmət zülmətlərindən təmizlə. Ey mömin bəndələrinə qarşı rəhimli olan!

 

İşarə olunan mətləblər:

 

1.Rəbbini çağıran bəndə Onu təsdiq edir və etimad edir.


2.Rəhmətinə bürü! -deməklə Allahın rəhmayinnətinə işarə edir ki, bu bu mühüm bir etiqaddır.


3.Mənə ruzi ver! –deməklə Allahı ruzi verən bilir və təsdiq edir.


4.Tofiq, müvəffəqiyyət istəyir –yəni bu insanın ixtiyarına işarədir.


5.Günahdan qorunmaq istəyi həm günah anlayışına, həm də insanın ixtiyarına işarədir.


6.Töhmətin pisliyinə, qəlbin paklığı kimi mühüm amillərə işarə edir.


7.Möminləri və “bəndə” kəlməsini önə çəkərək diqqəti bir dəstə insanlara yönəldir ki, bu insanlar digərlərindən fərqlidir. Onlar hər kəsin etimad etdiyi kəslərdir.


8.Rəhim – deyə çağırmaqla Allahın müqəddəs adlarına işarə edir.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər