İSLAM

Hit : 104

Ramazan ayının 24-cü gününün duası və gecənin tövsiyə olunmuş namazı

Ramazan ayının 24-cü gününün duası və gecənin tövsiyə olunmuş namazı

01:07, 18.05.2020

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

İslaminSesi.info – Ramazan ayı ilahı rəhmətin xüsusi şamil olduğu aydır. Bu ayın gecələri də, gündüzü də rəhmət və bərəkətlə doludur.

 

Bu ayın hər günü üçün xüsusi dualar tövsiyə olunub.

 

24-cü günün duası:

 

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin". 


Tərcüməsi:
"İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!" 

 

اللهمّ إنّی أسْألُکَ فیه ما یُرْضیکَ وأعوذُ بِکَ ممّا یؤذیک وأسألُکَ التّوفیقَ فیهِ لأنْ أطیعَکَ ولا أعْصیکَ یا جَوادَ السّائلین.

 

Duanın hər kəlməsi dərin bir etiqada işarədir:

 

1.Ey Allahım demək bir təsdiqdir

2.Allahdan istəmək, istəməyi bilmək dərin bir inacdır

3.Bu ayda deməklə ayın əhəmiyyətinə işarə edir

4.Allahın rizası adlı məfhumla tanış olmaq

5.Allahın qəzəbi adlı məfhumla tanış olmaq və dilə gətirmək

6.Allaha sığınmağı bacarmaq və bunu Allahdan istəmək

7.Allaha itaət və günah məfhumlarını dilə gətirməklə əqidə və zehnində bu məfhumları idrak edir və bunun üçün Allahdan tofiq istəyir

8.Allah dərgahını əl açmaq üçün ən doğru və ən münasib bilmək.

 

Bu ayın gecəsi də, gündüzü də fəzilətlidir. Hədis və mötəbər mənbələrdə bu ayın hər gecəsi üçün namaz tövsiyə edilib:

 

24-cü gecənin namazı:

 

Bu gecənin namazı 8 rəkətdir. Hər rəkətdə Fatihə surəsi və istənilən hər hansı bir surəni oxuya bilər.

 

(Qeyd edək ki, 20, 21, 22, 23, 24 gecələrinin namazları eyni qaydada qılınır)

 

Xatırladaq ki, müstəhəb namazlar 2 rəkət-2 rəkət qılınır. Məsələn 8 rəkət deyildikdə 4 ədəd 2 rəkətli namaz nəzərdə tutulur.

 Həmçinin hicri təqvimi ilə yeni gün məğrib azanı ilə başlayır. Yəni 21-ci gün şam azanı verilməklə həmin gün bitir və 22-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Məğrib azanı verilməklə gün bitir və  yeni gün başlayır.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər