İSLAM

Hit : 45

Ramazan ayının 22-ci gününün duası və duanın bizə öyrətdiyi mətləblər

Ramazan ayının 22-ci gününün duası və duanın bizə öyrətdiyi mətləblər

00:42, 16.05.2020

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

 

İslaminSesi.info - Hər bir dua istəkləri etiraf edib dilə gətirməklə yanaşı həm də qəlbdən, ruhun dərinliklərindən süzülüb gələn bir etiqaddır. 

 

Bu gün ramazan ayının 22-ci günüdür. Bu ayda hər günün öz dua və munacatı vardır. Ramazan ayı Allah Təalanın şərəf verdiyi, fəzilət baxımından üstün etdiyi bir aydır. Təbii ki, bu üstünlük nisbi anlayışdır. Əsl həqiqətdə qəsd edilən üstünlük odur ki, bu ayda rəbbimizin məxluqata xüsusi inayəti vardır. Bunu ramazan ayında oxunan dualarda da görmək olur.

 

Hədis və rəvayətlərdə ramazan ayının hər günü üçün dualar qeyd olunub ki, bu dualar mətncə kiçik görünsələr də böyük və geniş mənaları əhatə edir.

 

Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin". 


Tərcüməsi:
"İlahi, bu gün fəzılət  qapılarını mənim üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et! Məni behiştin ən yaxşı yerində sakin et!

 Ey çarəsizlərin duasını qəbul edən Allah!" 

 

اللهمّ افْتَحْ لی فیهِ أبوابَ فَضْلَکَ وأنـْزِل علیّ فیهِ بَرَکاتِکَ وَوَفّقْنی فیهِ لِموجِباتِ مَرْضاتِکَ واسْکِنّی فیهِ بُحْبوحاتِ جَنّاتِکَ یا مُجیبَ دَعْوَةِ المُضْطَرّین.

 

Bu gününduasının bizə öyrətdiyi mətləblər:

 

1.Ey Allahım, deməklə ilahi dərgaha üz tutur

2.Mənim üçün aç, deməklə Allahı aləmin maliki bilir

3.Bu ay deməklə ramazan ayına əhəmiyyət verir

4.Fəzilət qapıları deməklə, fəzilət və üstünlüyün Allah yanında olduğunu iqrar edir və Allahın sonsuz rəhmətinə işarə edir

5. Allahın bu aydakı xüsusi bərəkət və inayətini önə çəkir

6.İnsan ilahi rizaya yalnız müəyyən əməl, düşüncə və səyləri ilə yetişə bilər

7.Cənnəti təsdiq etməklə bütün qeyb aləmini və ölümdən sonrakı həyatı təsdiq edir

8.Bütün ümidlər, bütün çarəsizliklər və arzular yalnız Allaha etimad etdikdə, Ona sığındıqda gözəl nəticə verir.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər