İSLAM

Hit : 55

Ramazan ayının 21-ci gününün münacatı və duanın geniş əhatəsi

Ramazan ayının 21-ci gününün münacatı və duanın geniş əhatəsi

00:24, 15.05.2020

Bu mübarək ayın hər gününün məxsus duaları vardır ki, hər biri böyük ədəb və agahlıq xəzinəsidir.

 

İslaminSesi.info – Artıq mübarək ayın 21-ci günündəyik. Bu ayın hər günü üçün tövsiyə olunmuş duası və gecələri üçün tövsiyə olunmuş namazları vardır.

 

Quran ayələrində və hədislərdə bu ay bərəkətli bir ay kimi tanıtdırılır və möminlərə də bu aydan mümkün qədər faydalanmağ tövsiyə olunur. Allah Rəsulundan (s) yetişən hədislərdə qeyd olunur ki, bu ayda möminlərin yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikr hesab olunur.

 

Bu ayın hər gününün geniş mənaları ehtiva edən münacatları vardır:

 

Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin". 


Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!" 

 

اللهمّ اجْعَلْ لی فیهِ الی مَرْضاتِکَ دلیلاً ولا تَجْعَل للشّیْطان فیهِ علیّ سَبیلاً واجْعَلِ الجَنّةِ لی منْزِلاً ومَقیلاً یا قاضی حَوائِجَ الطّالِبین.

 

Bu günün dua bir necə mətləbləri əhatə edir:

 

1.Rəbbin dərgahına üz tutmaq

2. Doğru yolu yalnız Allahdan istəmək

3.İlahı rizanı xatırlatmaq

4.İlahi rizanın yalnız düzgün əməldə olmasını bildirmək

5.Bu kimi əməllərə və düzgünlüyə doğru insanı Allahın yönəltdiyini, nəsib etdiyini bilmək (təbii ki, insan istəsin)

6.Şeytanı bir həqiqi varlıq olaraq, həm də insana düşmən varlıq kimi təsdiq etmək

7.Şeytanın insana müsəllət olmasını bildirmək

8.Cənnəti təstiq etməklə ölümdən sonrakı həyatı, hesabı, qiyaməti, cəhənnəmi, mələkləri, ilahi ədaləti təsdiq etmək

9.Bütün möhtacların üz tutacağı səmtin yalnız Allah dərgahı olmasını bildirmək.

10.Ehtiyacı həqiqi şəkildə, lazımı şəkildə ödəyən Allahdır! Bunu iqrar etmək.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər