İSLAM

Hit : 62

Ramazan ayının 19-cu gününün duası - İşarə olunan dərin mənalar

Ramazan ayının 19-cu gününün duası - İşarə olunan dərin mənalar

10:15, 13.05.2020

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

İslaminSesi.info – Bütün ibadətlərin, zikr və əməllərin, o cümlədəın ramazan ayının orucunun insanda müsbət təsiri vardır. Bu təsirlər müxtəlif cür təzahür edir. Bunlardan biri də insanın rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrənməsidir.

 

Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

 

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

19-cu günün duası

 

اللهمّ وفّرْ فیهِ حَظّی من بَرَکاتِهِ وسَهّلْ سَبیلی الی خَیْراتِهِ ولا تَحْرِمْنی قَبولَ حَسَناتِهِ یا هادیاً الی الحَقّ المُبین.

 

Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!

 

Duada işarə edilən mətləblər:

 

1.Allahı çağırmaq,

Onula ünsiyyət qurmaq,

Onu təsdiq etmək.

2.Bu ayın əhəmiyyətinə və bərəkətinə işarə edir

3.Hər kəsin əməli müqabilində, xüsusən də bu ayda Allahdan pay və nəsib alacağını iqrar edir

4. “Yolum” deməklə hər bir kəsin üz tutduğu bir mənəvi yola işarə edir

5.Bu yolun nurunun Allahdan olduğunu iqrar edir

6.Əməllərin qəbulu və Allahdan yaxşılıqlar müqabilində mükafat diləmə

7.Allahın yeganə hidayət edən olmasını bilmək

8.Hidayət yolunun gizli olmadığı, görmək istəyən hər kəs üçün görünməyə açıq olduğunu bilmək.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər