İSLAM

Hit : 62

Ramazan ayı 28-ci günün duası və duanın diqqət çəkdiyi mətləblər

Ramazan ayı 28-ci günün duası və duanın diqqət çəkdiyi mətləblər

10:09, 22.05.2020

Bu ayın gündəlik dualarının kəlmələrin hər biri özündə dərin və geniş mənalar əks etdirir.

 

İslaminSesi.info  - Ramazan ayı Allahın mübarək və bərəkətli ayıdır. Bu o deməkdir ki, Allahın bəndələrinə bu ayda xüsusi inayəti vardır. İnsanları orucları, zikr və ibadətləri müqabilində Mütəal Allah onlara əvəzedilməz dünya və axirət nemətləri bəxş edir. Sadəcə bunu görmək və dərk etmək bəndənin öz öhdəsindədir.

 

Digər aylardan fərqli olaraq bu ayın hər günü üçün xüsusi, kiçik həcmli duaları vardır ki, hər bir kəlməsi özündə dərin etiqada, möhkəm imana söykənir. Bu kəlmələrin hər biri özündə dərin və geniş mənalar əks etdirir.

 

28-ci günün duası:

 

اللهمّ وفّر حظّی فیهِ من النّوافِلِ واکْرِمْنی فیهِ بإحْضارِ المَسائِلِ وقَرّبِ فیهِ وسیلتی الیکَ من بینِ الوسائل یا من لا یَشْغَلُهُ الحاحُ المُلِحّین .

 

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin". 


Tərcüməsi:

İlahi, bu gün mənim üçün yaxşı əməllərdən bəhrəmi, payımı çoxalt.İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yaxın olmaq üçün vəsilələrdən seçdiyim yolumu Özünə yaxın et! Ey o kəs ki, israr edənlərin öz israrları Onu məşğul edə bilməz!

 

İşarə olunan mətləblər:

 

1.İnsan rəbbini çağırmaqla Onu təsdiq edir və qüdrət sahibi bilir.

2.Bu ay deməklə ayı xüsusi qeyd edir

3.Əməlləri yaxşı və pis olaraq dərk edir

4.Hər əməlin öz qarşılığı olduğunu bildirir

5.Kəramətin, əzizliyin yalnız Allah yanında olduğuna işarə edir

6.Allaha yaxınlığ məfhumuna işarə edir və vəsilə anlayışını bəyan edir

7.Butun istəklərin sonu tək və yeganə Allah olduğunu bəyan edir

8.İlahi qüdrət və elmə işarə edir ki, bu qüdrət və elm yalnız Allaha məxsusdur.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər