İSLAM

Hit : 61

Ramazan ayı 27-ci günün duası və məna dolu kəlmələr

Ramazan ayı 27-ci günün duası və məna dolu kəlmələr

10:00, 21.05.2020

Hətta hədislərdə buyrulur ki, bu ayda oruc tutanın yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikir hesab olunur.

 

İslamiSesi.info – Artıq bərəkətli ayın 27-ci gününə yetişmişik. Bu bübarək ayın hər anı, hər gecə və gündüzü Allahın rəhmət və məğfirəti ilə doludur.

 Hətta hədislərdə buyrulur ki, bu ayda oruc tutanın yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikir hesab olunur.

 

Həmçinin mötəbər dini mənbələrdə bu ayın hər günü üçün xüsusi kiçik həcmli münacatlar qeyd olunub. Həcmcə kiçik olmasına baxmayaraq bu duaların hər bir kəlməsinin böyük mənası, işarə edib toxunduğu geniş möhtəvası vardır/

 

27-ci günün duası:

 

اللهمّ ارْزُقْنی فیهِ فَضْلَ لَیْلَةِ القَدْرِ وصَیّرْ أموری فیهِ من العُسْرِ الی الیُسْرِ واقْبَلْ مَعاذیری وحُطّ عنّی الذّنب والوِزْرِ یا رؤوفاً بِعبادِهِ الصّالِحین.

 

Allahummərzuqni fihi leylətəl-qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin.

 

Allahım bu gündə mənə qədr gecəsinin fəzilətini nəsib eylə. Bu gündə mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt. Mənim üzrlərimi qəbul et və günah yükünü üstümdən götür. Ey saleh bəndələrinə qarşı rauf və mehriban olan Allah!

 

Bu günün duasında olan hər kəlmənin mənaları:

 

  1. Ey Allahım - deməklə Allaha olan etiqadını təsdiq edir.
  2. Məni ruziləndir deməklə bəxşişin və ruzinin Allahdan olduğunu təsdiq edir.
  3. Bu ayın fəziləti deməklə ramazan ayının xüsusi bir ay ay olduğunu etiraf edir
  4. Qədr gecəsinə işarə etməklə, bu gecəyə aid olan bütün imtiyazları və bu gecənin Sahibini təsdiq etmiş olur.
  5. İşlərinin asanlaşmasını istəməklə “Qədr” surəsinə və Mütəal Allahın bəndələrinə nəzarətinə, onların işlərinin yönəltməsinə işarə edir.
  6. Üzrlərim deməklə Allah qarşısında üzrlərini etiraf edir. Bu insan üçün böyük bir mənəvi nəaliyyətdir. Allah və bəndə rabitəsinə işarədir.
  7. Günah yükü deməklə günahın mahiyətinə işarə edir
  8. Allahın mehriban olması, xüsusən də bu mehribançılığın saleh bəndələrə şamil olmasına işarə edir.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər