İSLAM

Hit : 28

Ramazan ayı 26-cı günün duası və onun dərin mənalı kəlmələri

Ramazan ayı 26-cı günün duası və onun dərin mənalı kəlmələri

10:20, 20.05.2020

Bu kiçik mətnli duaların hər bir kəlməsi dərin bir etiqada, geniş mətləblərə işarə edir.

 

İslaminSesi.info – Artıq bərəkətli ramazan ayının sonuna yaxınlaşmaq üzrəyik. Mütəal Allah bu mübarək ayı insanların paklaşması, mənəvi yüksəlməsi üçün bir vasitə qərar veribdir. İnsanlar bir ay ərzində edə bilmək iqtidarında onlduqları halda bir çox işlərdən imtina edib, Allaha xatir vaz keçir, səbrlə yanaşırlar. Bunun müqabilində də Allah Təala insanın dərk edə bilməyəci əvəzlə onu mükafatlandırır.

 

Bu ayın gecəsi də, gündüzü də mönin üçün ibadət halı hesab olunur.

 

Hədislərdə, mötəbər mənbələrdə bu ayın hər günü üçün ayrıca kiçik münacat (dua) qeyd olunub. Bəndə hər gün göstərilmiş qaydada, tövsiyə olunmuş kəlmələrlə Allahına dua edir:

 

26-cı günün duası:

 

"Allahumməc-əl sə-yi fihi məşkurən. Və zənbi fihi məğfurən. Və əməli fihi məqbulən. Və eybii fihi məsturən. Ya əsməəs-samiin". 


Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hər kəsdən yaxşı eşidən Allah!" 

 

اللهمّ اجْعَل سَعْیی فیهِ مَشْکوراً وذَنْبی فیهِ مَغْفوراً وعَملی فیهِ مَقْبولاً وعَیْبی فیهِ مَسْتوراً یا أسْمَعِ السّامعین.

 

Bu kiçik mətnli duaların hər bir kəlməsi dərin bir etiqada, geniş mətləblərə işarə edir:

 

1.Ey Allahım demklə Mütəal Allahı təsdiq edir

2.Bu gün deməklə ayın əhəmiyyətini anlayır və buna işarə edir

3.Səy və əməllərinin qarşılığına işarə edərək insanı ixtiyar sahibi bilir, ilahı cəza və mükafatı xatırladır

4.Günaha işarə edərək daha böyük bir etiqada işarə edir. İnsan günah anlayışını qavrayarsa dərin etiqada yiyələnmiş olur

5.Əməlin qəbuluna işarə edərək əslində yazılan əməl dəftərinə işarə edir

6.Eyb deməklə insanın izzətinə və bu izzətin aradan getməsinə işarə edir

7.Sonda Allahı eşidən olaraq çağırmaqla Onun elminə, qəlblərin dərinliklərində, hətta niyyətlərdə olanlaı bilməyini təsdiq edir və bəyan edir.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər