İSLAM

Hit : 20

Ramazan ayı 20-ci günün münacatı və insanın etiraf etdiyi mətləblər

Ramazan ayı 20-ci günün münacatı və insanın etiraf etdiyi mətləblər

10:19, 14.05.2020

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

Bütün bu ibadətlərin, zikr və əməllərin, o cümlədəın ramazan ayının orucunun insanlarda müxtəlif növ müsbət mənəvi təsirləri vardır. Bu təsirlər hər kəsdə müxtəlif cür təzahür edir. Bu müsbət dərin izlərdən biri də insanın rəbbi ilə ünsiyyətdə dua ədəbini, dua mərifətini öyrənməsidir.

 

Bu mübarək ayın hər gününün məxsus duaları vardır ki, hər biri böyük ədəb və agahlıq xəzinəsidir.

 

Ramazan ayının 20-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".


Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

 

اللهمّ افْتَحْ لی فیهِ أبوابَ الجِنانِ واغْلِقْ عَنّی فیهِ أبوابَ النّیرانِ وَوَفّقْنی فیهِ لِتِلاوَةِ القرآنِ یا مُنَزّلِ السّکینةِ فی قُلوبِ المؤمِنین.

 

Duada etiraf olunan və işarə edilən mətləblər:

 

1.Ey Allahım deməklə, Rəbbi təsdiq edir.

2.İnsan qapıların açılmasını istəməklə ilahı təqdiri təsdiq etmiş olur.

3.Cənnət və cəhənnəm qapıları deməklə böyük bir etiqada sahib olmuş olur. Çünkü bu kəlmələrdə Allahın hesabı, ilahi ədalaət, axirət, məad, cəza və mükafat, insanın yetişəcəyi kamalat, sonda həqiqətlərin yəqininə çatmaq və sair. Bütün bunlar dərin bir etiqadı təşkil edir.

4.Qurana və onun mütaliəsinin mütaliəsinin zərurətinə diqqət.

5.Möminlər deməklə Allahın bəndələri arasında xüsusi ehtiramı olan bəndələrin varlığına işarə

6.Aramlıq adlı bir məfhumun idrakı.

7.Aramlığın yalnız Allahdan olması.

 

İslaninSesi.info

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər