DÜNYA

Hit : 423

Qoz ağacından yonulmuş sütunların daşıdığı 8 əsrlik tarixi məscid...- FOTOLAR

Qoz ağacından yonulmuş sütunların daşıdığı 8 əsrlik tarixi məscid...- FOTOLAR

22:32, 01.07.2019

Ankara qalasının cənubundakı Atbazarı səmtində yerləşən "Aslanxana" məscidi kənardan çox sadə görünsə də, içinə addım atıldığı andan etibarən həm memarlıq xüsusiyyətləri, həm də naxışları ilə insanı heyran edir.

 
İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, 8 əsrlik tarixə malik bu abidə görənlərin marağına səbəb olur.  
 
Tarixi mənbələrə əsasən, Ahi Hüsaməddin və qardaşı Ahi Hasanəddin tərəfindən tikdirilən binanı Ahi Hüsaməddin oğlu Ahi Şərafəddin 1290-ci ildə taxta ustası olan Dülgər Əbubəkr oğlu Məmmədə təmir etdirib və məscid böyüdülüb.
 
Kufə üslubunda tikilmiş məscidin əsl adı Ahi Şərafəddin Məscidi olsa da, şərqində yerləşən türbə kompleksinin divarına bərkidilmiş antik aslan heykəllərinə görə xalq tərəfindən "Aslanxana" məcsidi adlandırılıb. 
 
Səlcuqlu dövrünün zərif əsərlərindən biri olan məscid ağac oymalı tavanı, sütunları, çini bəzəkli mehrabı və ağac minbəri ilə diqqət çəkir. 
 
Birmərtəbəli məscid 24 taxta sütun üzərində dayanıb. Qoz ağacından yonulmuş bu sütunların hər birinin başlığı Roma-Bizans dövrünə aid mərmərdən hazırlanıb.
 
Məscidin şimalında taxtadan tikilmiş hərəmxana yerləşir. Həmçinin biri şərqdə, biri qərbdə, digəri də şimalda olmaqla 3 girişi var.
 
"Aslanxana" məscidi Səlcuqlu memarlığının 13-cu əsra aid sənət əsərlərindən biri hesab olunur. 
Məscidin minarəsində çini mozaikadan, həmçinin gips işləmələrdən istifadə edilib. Gips işləmələri isə 12 və 13-ci əsrə aid Böyük Səlcuqlu gips sənətkarlığının nümunəsi hesab olunur.
 
 
 
 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər