SİYASƏT

Hit : 280

Qondarma “erməni soyqırımı” yalanı YUNESKO-ya da yol tapdı: Qatil qurbanlar siyahısında...

Qondarma “erməni soyqırımı” yalanı YUNESKO-ya da yol tapdı: Qatil qurbanlar siyahısında...

16:50, 12.09.2019

YUNESKO-nun dəstəyi ilə Beynəlxalq İnsan Hüquqlarının Təşviqi Mərkəzi XX əsrdə soyqırımları, insan hüquqlarının kobud şəkildə pozulmasını və insanlığa qarşı törədilmiş cinayətləri xatırladan abidələrin interaktiv xəritəsi hazırlayıb.

 

İslaminsesiModerator.az erməni mənbələrinə istinadən xəbər verir ki, xəritədə qondarma “erməni soyqırımı” şərəfinə ucaldılan abidə də yer alıb.

 

Məlum xəritənin yer aldığı sayt ingilis və ispan dillərində fəaliyyət göstərir. Xəritənin hazırlanmasında məqsəd insanlığa qarşı cinayətlərin təkrarlanmasını önləməkdir.

 

Xatırladaq ki, ermənilərin 1915-ci il olaylarını “erməni soyqırımı” kimi qələmə verməsi bütün bəşəriyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. 1915-ci ildə Osmanlı imperiyasına qarşı qiyam qaldıran ermənilər türk xalqına qarşı soyqırım törədib, daha sonra öz cinayətlərini ört-basdır etmək, tarixi məsuliyyətdən yaxa qurtarmaq üçün özlərini bu soyqırımın icraçıları deyil, qurbanları kimi təqdim etməyə çalışıb.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər