SİYASƏT

Hit : 1143

Qlobal güclərin Ermənistanın mövqeyini müdafiə edən çirkin oyunu

Qlobal güclərin Ermənistanın mövqeyini müdafiə edən çirkin oyunu

10:31, 20.04.2019

Üzeyir Cəfərov: “Məhz Moskvadan sonra növbəti və heç bir nəticəsi olmayacaq daha bir görüşün Amerikada keçirilməsi təklifi bizdən daha çox ATƏT-in bivec və vicdansız Minsk Qrupuna və həmsədr ölkələrə sadəcə hesabat üçün lazımdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən XİN  başçısı o qədər də nikbin olmadığını etiraf edərək müsbət effekt  əldə etmək üçün səyləri ikiqat artırmağın vacibliyini qeyd edib. Rusiyanın bunu etdiyini xatırladan baş diplomat ABŞ-ın danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək istədiyini bildirib.

 

Bəs danışıqlardan ciddi bir nəticə əldə ediləcəyinə ümidinin olmadığını dolayısı yolla da olsa dilə gətirən Elmar Məmmədyarovun bədbin bəyanatı fonunda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məhz Moskva görüşündən dərhal sonra ABŞ dövlət katibi Mayk Pompeonun, tərəfləri Vaşinqtonda görüşə dəvət etməsi hansı niyyətdən xəbər verir? Ümumiyyətlə öz aralarında razılığa gəlməyən həmsədr dövlətlərin tərəfləri razı salmaları mümkündürmü?

 

Bu məsələ ilə bağlı "İslamınSəsi"nə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov öncə həmsədr ölkələrin fəalyyətindən söz açdı: "Şəxsi fikirim olsa da, onu qeyd etməyi vacib sayıram ki, Qarabağ ətrafında ABŞ, Rusiya və Fransa üçlüyü çox çirkin və Azərbaycanın ziyanına olan fəaliyyət göstərirlər. Mən Ermənistan tərəfini başa düşürəm. Onları qane edir ki, danışıqlar nə qədər çox olacaqsa, bir o qədər onlar üçün "bulanıq suda balıq tutmaq asan olacaq". Ona görə də hesab edirəm ki, Qarabağ məsələsində ABŞ və Fransa bütün səlahiyyəti demək olar ki, Rusiyaya həvalə ediblər. Məhz Moskvadan sonra növbəti, mənasız və heç bir nəticəsi olmayacaq daha bir görüşün Amerikada keçirilməsi təklifi də bizdən daha çox ATƏT-in bivec və vicdansız Minsk Qrupuna və həmsədr ölkələrə sadəcə hesabat üçün lazımdır. Bundan əlavə də, bu ölkələr faktiki Ermənistanın mövqeyini müdafiə edən çirkin oyun oynayırlar. Bunlardan sorusmaq lazımdır ki, sizin də üzvü olduğunuz BMT TŞ-nın 4 məlum qətnaməsi haqqında niyə bir kəlmə də danışmırsınız? Ona görə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündən də heç bir nəticə gözləməyə dəyməz."

Politoloqun sözlərinə görə həmsədr ölkələrin Azərbaycan qarşısında danışıqları davam etdirmək tələbləri qoyması, sülh yolundan başqa alternativin olmamasını bildirməsi sadəcə vaxtı uzatmaq, status-kvonu qoruyub saxlamaq məqsədi daşıyır: "Moskva görüşü necə nəticəsiz başa çatdısa, Amerikadakı sayca neçənci olduğunu unutduğumuz görüş də heç bir irəliləyişə gətirməyəcək. Vaxt isə çox təəssüflər olsun ki, bizim üçün o qədər də xoş olmayan istiqamətdə cərəyan edir".

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər