İSLAM

Hit : 114

Qəlb qapısında dayanan Şeytan

Qəlb qapısında dayanan Şeytan

12:03, 21.05.2020

"Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir." - Nəml-99-100

 

Mübarək Quranın ayəsindən göründüyü kimi Pak və Mütəal Allah şeytana tabeçiliyi şirk adlandırmışdır. Şirk nədir sualın bu cür cavab verərdik: Şirk, İslamda ən böyük və bağışlanmaz günahlar cərigəsində yer almışdır. Şirk dediyimiz zaman, yəni Eyibsiz və bənzərsiz olan Allaha nələrisə şərik bilməkdir.

Şirkin iki növü vardır, aşkar şirk və gizli şirk və ya zahiri və batini şirk.

Zahiri şirk, batini şirkin nəticəsidir desək heç yanılmarıq. Məkkə müşrikləri Lat və Manat bütələrinə  sitayiş etməmişdən əvvəl İbrahim və İsmail peyğəmbərin (ə) inancında idilər, şeytan onların zəif nöqtəsini tapmaqla, onlara dünya aləməni gözəl göstərməklə qəlb evinə yol açmış və daxil ola bilmişdir. Allaha məxsus olan bu qəlb evini korlayaraq qaraltmiş, nəticə etibarı ilə və tədricən insanları müşrik statusuna kimi yüksəldə bilmişdir.

 

Bəs qəlb dediyimiz zaman biz nə başa düşürük? Mən burada qəlbin qısa və lakonik olaraq mənalarına toxunacam. Əksər hallarda qəlb dediyimiz zaman ilk zehnimizə ürək gəlir. Niyə məhz ürək? Çünki, həyacanlandığımız zaman, təşvişə düşdüyümüz zaman, sevincli və şad olduğumüz zaman qan dövranının sürətli hərəkəti ürəkdə dəyişiklik yaratdığı üçün, ən həssas ifadələri ürəklə əlaqələndirib ifadə edirlər. Misal, "sən mənim ürəyimsən və ya ürəyimi qırdın..." -Mən deyərdim, insan cisminin zərif və incə yeri urəkdirsə, ruhunda özünə məxsus bir zərif yeri vardır, yəni mücərrəd aləmə məxsus bir qəlbi vardır. Necəki mənəvi aləmə məxsus ifadələrdə buna toxunulmuşdur, " ürəyi yumuşaq və ya daş ürəkli..."

Mücərrəd aləmə məxsus qəlblə maddi aləmə məxsus qəlbin bir fərqidə vardır ki, mücərrəd aləmə məxsus qəlb bir evə bənzədilir, onun bir qapısı və bu qapıya məxsus gözətçiləri vardır. İnsan ruhunun paklık və na paklıği bu qəlbin necəliyindən aslıdır.

Unutmayaq ki, bu qəlbin əsas iki müştərisi vardır, biri Allah, digəri isə şeytandır. Allahın səndən tələbi bu qəlbi pak saxlamaqdır, yəni istığfar və tövbə ilə qəlb evini daima pis niyyətdən və ya çirkin əməllərdənpaklayıb, xoş qoxulu İlahi zikrlər ilə onu ətirləməkdir. Bu təqdirdə, qəlbin təravəti və xoş qoxusu həm dünya həmçinin axirət aləmənə yayılacaqdır. Dünya və axirətin səadət qapıları üzünə açılacaqdır.

Əks təqdirdə isə şeytan bu evə daxil olacaq, orada olan bütün özəllikləri bərbad vəziyyətə salacaqdır. İmam Əli (ə) Nəhcül bəlağənin 7-ci xütbəsində şeytan tələsinə düşənlər haqqında qeyd edir:

" Şeytan da ( başqalarını azdırmaq üçün) onları öz tələsinə ( və ya şərikinə) çevirdi. Sonra  onların köksündə yumurta qoyaraq cücə çıxardı".. Yumurtanın çıxarılması nəyə səbəb oldu? İmam ardıyca buyurur:" Və tədricən( özünə itaət etdirənə qədər) onlarla təmasda oldu.."  Bu təmas səbəbi ilə insan şeytanın quluna çevrilib, onun görən gözü və danışan dili olur. İmam buyurur:" Onların gözü ilə görür, dilləri ilə danışırdı. ( Şöz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi"...

Məkarim Şirazi Nəhcül bəlağənin şərhində qeyd edir: " Şeytan divardan, bacadan keçmir. Əksinə, qapını döyür. Kim qapını onun üzünə açsa, könül evinə daxil olur. Qapısını acmayanın isə qapısından qayıdır. Doğrudur, o, qapını döyərkən israr edir, əl çəkmir. Amma onun müqabilində ilahi mələklər də xəbərdarlıq edir və köməyə yetir."

Ayətullah Məkarim Şirazinin qeyd etdiyi kimi qapının ixtiyarı sənin öz əlindədir, kimə açıb açmayacağin sənin öz ixtiyarındadır. Ola bilər sən ixtiyarlı və ya ixtiyarsız müqavimət göstərməkdə aciz qalasan, bilki sənin nicatın Allaha inamin yəqinliyində, Ondan qorxub və təvəkkül etməkdədir. Quran buyurur:" Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur."- Nəhl-99

Bəli, qəlb qapısını şeytana açdığımız üçün, cəmiyyətdə ağıla sığışmayan fitnələr və günahlar rəvac tapmaqdadır. Ər arvadını, arvad isə ərini vəfasızlıqda və diqqətsizlikdə ittiham edir. Qohum əqrabalar bir-birini mal mülk üstündə məhkəmələrə baş vuraraq haqsız qanlar axıdır. Qonşu öz qonşusunun dərdindən xəbərdar olmur. Övlad atasına, ata övladına maddi nemətlərə görə qənim kəsilir. İki dostun və ya ən yaxın insanların sözü bir-birinin boğazından keçmir. Hamı özünü haqq, qarşısındakını isə nahaq olaraq görür. Kin insanlara hakim olur, kinin təsiri ilə hökm edildi. Din, yalnız dillərdə özünü görsətdi. Hamı Allahdan danışır, əməllərdə isə Allah görsənmir. Hamı fərəc oxudu, qəlblər isə bunun əksini oxudu.

Allahın Rəsulu (s) buyurur:" Əgər şeytanlar Adəm övladlarıının qəlblərini əhatə etməsələr, ( onlar) mələkut aləminə ( bu dünyanın batininə) nəzər sala bilərlər."

 

Əzizlərim əvvəla hər birinizi bu gözəl günlər münasibətilə, o cümlədən qarşıdan gələn Firt bayramı münasibətilə təbrik edirəm. Bu günləri özünüzə fürsət bilib qəlb evimizi şeytandan və onun vəsvəsələrindən tövbə etməklə təmizləyək. Yalnız bu yolla Allahın rizayətinə qovuşa bilərik.

İmam Əli ( ə) buyurur: “Suya əmin olan susamaz."

 

Elnur Əli oğlu.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər