DÜNYA

Hit : 70

Qədir-Xum bayramı münasibəti ilə İranda 1000-dən çox məhkum əfv edilib

Qədir-Xum bayramı münasibəti ilə İranda 1000-dən çox məhkum əfv edilib

10:57, 20.08.2019

İranda Qədir-Xum bayramı münasibətilə 1070 məhkum əfv edilib və ya cəza müddətləri azaldılıb.

 

İRNA-a istinadla xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi ölkənin ali dini lideri Ayətullah Xameneiyə 1070 məhbusun əfvi və cəza müddətlərinin azaldılması barədə məktub ünvanlayıb.

 

Ayətullah Xamenei Qədir-Xum bayramı münasibətilə əfvlə bağlı ünvanlanan məktuba müsbət cavab verərək, sərəncamı imzalayıb.

 

İranın ali dini liderinin ofisinin saytının məlumatına görə bu məhkumların siyahısında inzibati məhkəmələr, hərbi tribunal, ümumi məhkəmələr və islam inqilabı məhkəmələri vasitəsilə məhkum edilmiş şəxslər var.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər