MÖVQE

Hit : 499

"Qəddafi sərnişin təyyarəsini vurmuşdu və onu 2 milyon cərimə edib sonra da öldürdülər"

12:39, 13.01.2020

"Mən Misirdə xidmət edəndə özləri qırıcı təyyarəni vurmuşdu, buna görə müşavirə keçirildi və onda mən də tərcüməçi idim"

“Amerika “Xəlici Fars”ın üzərində İran təyyarəsini bilərəkdən vurmuşdu və açıqlamasında da demişdi ki, əcəb etmişik. Rusiya özü Donbasın üzərində bilməyərkdən Malaziya təyyarəsini vurmuşdu, boynuna da almadı, amma hamı bilirdi ki, təyyarəni ruslar vurub. Belə təyyarə hadisələri çox olur”
 
İslaminSesi xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşd Əlizadə İranın Ukraynaya məxsus sərnişin təyyarəsini vurmasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə təyyarənin vurulması bilməyərəkdən baş verib və iki ölkə bu hadisəni özləri tənzimləyəcək:
 
 
“Kuçmanın vaxtında Ukrayna bilməyərəkdən Qara dənizin üzərində rus təyyarəsini vurmuşdu və onda da İsrail vətəndaşları həlak olmuşdu. Amerika “Xəlici Fars”ın üzərində İran təyyarəsini bilərəkdən vurmuşdu və açıqlamasında da demişdi ki, əcəb etmişik. Rusiya özü Donbasın üzərində bilməyərkdən Malaziya təyyarəsini vurmuşdu, boynuna da almadı, amma hamı bilirdi ki, təyyarəni ruslar vurub. Belə təyyarə hadisələri çox olur. Qəddafi bilərəkdən sərnişin təyyarəsini vurmuşdu və buna görə onu iki milyon dəyərində cərimə edib sonra da öldürdülər. Mən Misirdə xidmət edəndə özləri qırıcı təyyarəni vurmuşdu. Buna görə müşavirə keçirildi və onda mən də tərcüməçi idim. Misir Hava Hücumundan Müdafiə Qoşunlarında altı ay mütərcim olmuşam və heç cür ağlıma gətirmirəm ki, hansı ağılasığmaz şeylər olmalıdır ki, mülki təyyarəni vurasan. Amma belə hadisələr təsadüfən baş verir, insan axmaqlığı deyilən bir faktor var. Ukrayna təyyarəsini vurduqlarına görə Ruhani dedi ki, biz çox təəssüf edirik ki, insan səhvi ucbatından təyyarə vurulub. Onsuz da Ukrayna-İran münasibətləri elə də sıx deyil, amma insani əlaqələr var. Təbii ki, təyyarənin vurulması münasibətlərə soyuqluq gətirəcək, amma bu düşmənçiliyə çevirilməyəcək”. 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər