ÖLKƏ

Hit : 339

Qazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERAL

Qazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERAL

16:37, 16.08.2019

Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb.

 

İslaminSesi Modern.az-a istinadən  xəbər verir ki, bunu DSX-nin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov avqustun 16-da təşkil olunan mətbuat konfransında deyib.

 

E.İbrahimov bildirib ki, bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

E.İbrahimov mətbuat konfransında  son günlər Azərbaycan-Ermənistan sərhədinin Qazax və Ağstafa ərazisində döyüş mövqelərinin irəli çəkilməsi barədə xəbrə də aydınlıq gətirib.

Onu sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində DSX tərəfindən xidmət təşkil olunur. Bunun böyük başlanğıc olduğunu deyən Aparat rəhbəri prosesin davam edəcəyini bildirib.

"Bu, Azərbaycan Ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərardır. Ötən 9 ay ərzində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib". 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər