ÖLKƏ

Hit : 167

Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var

Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var

21:08, 14.10.2019

Qax rayonunda zəncirvari yol qəzası baş verib.

 

İslaminSesi "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 minik avtomobili və 2 yük maşını toqquşub. Qəza zamanı yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Ceyhun Xanəli oğlu Zeynalov xəsarət alıb. Yaralı xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər