MÖVQE

Hit : 1111

“Qardaş olur Hayastan, Azərbaycan!” – Xarici İşlər nazirində bu əminlik hardandır?

“Qardaş olur Hayastan, Azərbaycan!” – Xarici İşlər nazirində bu əminlik hardandır?

16:28, 29.05.2019

Əhəd Məmmədli: “Sizi əmin edə bilərəm ki, heç Elmar Məmmədyarov da nə isə olacağını gözləmir”

 

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ölkəmizdə artıq hec kimin inanmadığına rəğmən, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun bu barədə ottimist bəyanatlarla çıxış etməsi maraqdan daha çox çaşqınlıqla qarşılanıb. Belə ki,  E.Məmmədyarov “Nezavisimaya qazeta”da dərc olunan məqaləsində qeyd edib ki, Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir. Məmmədyarov öz məqaləsində Azərbaycanın dəyişməz mövqeyini xatırladaraq əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə respublikanın suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınmalıdır və bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək.

 

Məqalədə həmçinin vurğulanıb ki, sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək və bu həll Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək. Azərbaycan XİN başçısı əminliklə qeyd edib ki, münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.

 

Maraqlıdır, nizamlama prosesində hansı irəliləyiş baş verib ki, siyasi analitiklər bundan tam xəbərsizdir? Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir” deyən Xarici İşlər naziri Elmar Məmmədyarovun bu sözlərini ciddi qəbul etmək olarmı? Nazirdə bu əminlk hardandır?

 

"İslamınSesi"-nə açıqlama verən politoloq Əhəd Məmmədlinin sözləriunə görə, Məmmədyarovun açıqlamaları şəxsən onun üçün birmənalı qarşılanmır və bunun səbəbləri də var: "Ona görə də dəqiq deyə bilmərəm, nazirimizdə bu əminlik hardandır? Məndə isə bu məsələ ilə bağlı başqa əminlik var. Amma bu əminlik, Qarabağ məsələsində Məmmədyarovun əminliyindən kardinal şəkildə fərqlənir. Ermənistanın yeni rəhbərliyindən Qarabağ münaqişəsinin nizamlanmasında nə tez, nə də gec bir zamanda heç bir addım gözləmirəm. Sizi əmin edə bilərəm ki, heç Məmmədyarov da nə isə olacağını gözləmir. Sadəcə rəsmi Bakı, görünür, həm hərbi təlimlər keçirərək “bu yaxınlarda Şuşa, gözlə bizi” mesajını verir, həm də beynəlxalq aləmə problemin danışıqlar yolu ilə həllinə sadiq olduğunu göstərir. Bu cür siyasətin isə heç bir səmərəsi yoxdur. Status-kvo dəyişməyənə qədər nəticə olmayacaq. Əksinə, danışıqlar uzandıqca Qarabağ Azərbaycandan uşaqlaşaraq Ermənistana daha da yaxınlaşır”.

 

                                         

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər