ÖLKƏ

Hit : 125

Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK

Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK

15:05, 19.02.2020

Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərdir ki, müzakirə obyektinə çevrilib. Baxmayaraq ki, ölkə başçısı bununla bağlı müvafiq tövsiyyə və tapşırıqlarını beş ildən artıqdır ki verib, ancaq hələ də bu barədə heç bir irəliləyiş yoxdur.

Bəs hazırda vəziyyət necədir, bununla bağlı hər hansı bir işlər görülürmü?

 

İslaminSesi bildirir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov Modern.az-a məlumat verib.

 

“Sənədsiz evlərin sənədləşməsi ilə bağlı xüsusi komitə formalaşıb. Xüsusi komitə əsasən sənədsiz evlərlə bağlı məlumatların toplanması, eyni zamanda, qeydiyyat prosesi ilə bağlı xüsusi konsepsiya üzərində işləyir. Bizdə olan məlumata görə artıq konsepsiya hazırdır. Baxılması üçün aidiyyatı üzrə orqana təqdim olunub. Konsepsiyada əsasən təhlükəli ərazi hesab olunan torpaqlarda inşa edilən evlərin sənədləşməsi məsələsi öz əksinin tapıb.

 

İlkin qiymətləndirilməyə görə Azərbaycanda 600 mindən artıq sənədsiz ev var. Onlardan 450 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bütövlükdə, sənədsiz evlərin 70 mini təhlükəli hesab olunan ərazilərdə yerləşir. Hansı ki, bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərin tərkibində yerləşir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib.

 

Hansı ki, həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir.  Əslində digər evlərin sənədləşməsi ilə bağlı heç bir çətinlik yoxdur. Ən böyük çətinlik təhlükəli zonalarda evlərin sənədləşməsi ilə bağlıdır. Həmin ərazilərdə vətəndaşlar yaşayır və kifayət qədər riskli ərazilər hesab olunur. Nəzərə alsaq ki, vətəndaş həmin ərazilərdə ev tikdirib, kifayət qədər pul xərcləyib və yaşayır. Bu baxımdan da, ən çox müzakirə edilən məsələlərdən biri  məhz həmin ərazilərdə yaşayan vətəndaşların necə köçürülməsi ilə bağlıdır”.

 

 

Vüqar Bayramovun sözlərinə görə hazırda kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda inşa edilən evlərin sənədləşməsi ilə bağlı ümumi razılıq var:

 

“Kütləvi şəkildə həmin evlər inşa edilirsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi mümkündür. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilir. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaranmır. Əslində bu proseslərin başlanılması 2020-ci ildən başlayıb, ilin axırına yekunlaşmalıdır. Ancaq konkret hansı aydan başlanacağını demək biraz çətindir”.

 

İqtisadçı ekspert həmçinin qeyd edib ki, 2020-ci il yanvar ayınadək hündür mərtəbəli evlərin sənədləşməsi prosesi başa çatıb.

 

“Gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək. Təklif edirik ki, ilk olaraq Rusiya modelindən istifadə olunsun. Yəni əmlak aministiyası verilsin. Nisbətən aşağı ödənişlə dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilsin ki, bu da xüsusən də həmin şəxslərin mülkiyyət hüquqlarının tanıdılmasına imkan versin”, - deyə Vüqar Bayramov bildirib.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər