SİYASƏT

Hit : 1151

Qanlı savaş təhlükəsi – “Qazanan yeganə tərəf silah tacirləri olacaq”

Qanlı savaş təhlükəsi – “Qazanan yeganə tərəf silah tacirləri olacaq”

10:42, 27.04.2019

Azər Rəşidoğlu: “Rusiya lideri ilə mövqelerin yaxınlaşması Şmali Koreya üçün ciddi heç nə vəd etmir”

 

Xəbər verildiyi kimi, Şimali Koreya lideri Kim Çen İnlə Rusiya prezidenti Vladimir Putin arasında görüşü keçirilib. Görüş müasir İpək Yolu kimi tanınan "Nəsil və Yol" sammiti ərəfəsində ölkənin şərqindəki Vladivostok şəhərində baş tutub. Kremldən verilən rəsmi informasiyaya görə, iki lider arasındakı görüş Kimin hakimiyyətə gəldiyi 2011-ci ildən bu yana həyata keçirilən ilk görüşdür. Verilən məlumata görə, görüşdə hökumətlərarası münasibətlərin tarixi, bu günü, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət aparılıb, həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.

 

Qeyd edək ki, siyasi ekspertlər liderlərin görüşünü Kim Çen İnin Amerika Birləşmiş Ştatları ilə razılığa gəlməmək barəsində Ağ Evə siqnal verməsi kimi dəyərləndirirlər. Bəzi analitiklərə görə, Tramp təcrübəsiz görünən Şimali Koreya prezidentini nüvə silahından imtina etməyə inandıra biləcəyini düşünsə də onun niyyəti baş tutmadı. Üstəlik, Kim Çen ABŞ hədəsinə görə Putindən yardım istədi. Rusiya prezidenti də onu qanadları altına aldı: “V.Putin Tramp-Kim Çen görüşünün pozulmasından çox məmnundur. Bundan sonra ABŞ-ın Şimali Koreyanı nüvəsizləşdirmək haqqında heç bir fikri, ideyası olmayacaq. Tramp bu məsələdə də ciddi surətdə uduzdu”. 

 

Maraqlıdır, Putinlə Kim Çen İnin görüşü Şimali Koreya ilə son vaxtlar gərgin münasibətdə olan ABŞ-ın Koreya yarımadasındakı mövqelərinə hansı təsir göstərə bilər? Rusiya lideri ilə münasibətlərin istiləşməsi Şimali Koreyaya nə verir?

 

Məsələ ilə bağlı "İslamınsəsi" saytına açıqlama verən politoloq Azər Rəşidoğlunun sözlərinə görə, ABŞ prezidenti Trampla keçirdiyi görüşlərə rəğmən, Kimin Ağ Evlə razılığa gəlməməsi bu ölkəyə qarşı təhdidlərə yol açacaq: "Başqa sözlə desək, Şimali Koreyaya qarşı sanksiyalar daha da şiddətlənə bilər. Rusiya isə bu məsələdə Kimə yardım etmək gücündə deyil. Çünki onun özü də Qərbin sanksiyaları altındadır. Bu baxımdan Rusiya lideri ilə mövqelerin yaxınlaşması Şimali Koreya üçün ciddi heç nə vəd eləmir. Ümumiyyətlə danışıqlar yarımadada mövcud olan problemlərin həlli istiqamətində heç bir müsbət dəyişikliyə səbəb olmayacaq. Ölkənin demokratikləşdirilməsi isə heç də Trampın deyil, zamanın məsələsidi. Və bu məsələ də məhz zamanla həll ediləcək. Sadəcə, qanlı savaş çıxa bilər və bu prosesdə təəssüf ki, qazanan yeganə tərəf silah tacirləri olacaq”.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər