SİYASƏT

Hit : 60

Putin o ölkənin prezidentini belə ələ keçirib – Dövlət sirri üzə çıxdı

Putin o ölkənin prezidentini belə ələ keçirib – Dövlət sirri üzə çıxdı

15:27, 18.06.2020

“ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Venesuelaya qarşı əlavə sanksiyalarla bağlı mövqeyi yumşaltmaq lazım olduğunu qərara aldı”.

Teleqraf.com “Wall Street Journal”a istinadən xəbər verir ki, bu sözlər ABŞ Prezidentinin keçmiş müşaviri Con Boltonun qələmə aldığı kitabda yer alıb.

 

Mənbə kitabın (“The Room Where It Happened: A White House Memoir”) gələn həftə nəşr olunacağını yazıb.


Bolton Ağ Evlə bağlı xatirələr kitabında ABŞ Prezidentini gözlənilməz və absurd bir insan kimi təsvir edir. Onun sözlərinə görə, Tramp asanlıqla Ağ Evdəki nümayəndələri və xarici ölkələrin liderləri tərəfindən ələ keçirilib və idarə edilir.


Bolton nümunə olaraq, Trampın ötən il Rusiya Prezidenti ilə görüşünü xatırladır. O, Trampın Putinin “sovet tipli parlaq təbliğat”ının tələsinə düşdüyünü, ABŞ Prezidentini özünə inandırdığını, bundan sonra Venesuelaya əlavə sanksiyalardan imtina etdiyini yazır.


ABŞ Ədliyyə Nazirliyi məhkəmə vasitəsilə dövlət sirlərinin gizliliyini əsas gətirərsə, Boltonun kitabının nəşrini dayandırmağı tələb edib.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər