Hit : 20

Putin Moskvaya Kazimi Bağdada dəvət etdi

Putin Moskvaya Kazimi Bağdada dəvət etdi

12:48, 15.05.2020

Putin və əl-Kazimi ziyarət dəvətnamələri mübadiləsi ediblər.

 

İslaminSesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, İraqın yeni Baş naziri Mustafa əl-Kazimi Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimovu qəbul edib. Rusiya səfiri prezident Vladimir Putinin və Baş nazir Mixail Mişutsinin yazılı təbrik məktubunu Mustafa əl-Kazimiyə təqdim edib.

 

Mənbənin məlumatına görə təbrik məktubunda Əl-Kaziminin Rusiyaya dəvət edilməsi, həmçinin Rusiyanın İraqı Təhlükəsizlik Şurasında dəstəkləməsinin təsdiqi də yer alıb.

 

Rusiya ilə siyasi, iqtisadi, mədəni, təhlükəsizlik kimi əlaqələrin əhəmiyyətinə toxunan Əl-Kazimi, Rusiya nümayəndə heyətinə təşəkkürünü bildirərək o da öz növbəsində Putini Bağdada dəvət edib.

 

DİGƏR XƏBƏRLƏRİ

bütün xəbərlər