SİYASƏT

Hit : 413

Putin İrəvana səfəri zamanı  türmədə Köçəryana baş çəkəcək?..

Putin İrəvana səfəri zamanı türmədə Köçəryana baş çəkəcək?..

20:56, 03.09.2019

Kreml məsələni həll etmək üçün Paşinyana sentyabrın 10-dək vaxt verib?..

 
“KQB”-nin Moskvadakı arxivləri açılsa, Köçəryanın Bakıdakı dostları da üzə çıxa bilər....
 

 Xəbər verildiyi kimi, Ermənistanın Apellyasiya Məhkəməsi istintaq orqanı tərəfindən ölkənin terrorçu eks-prezidenti Robert Koçaryanın hüquqlarının pozulması faktını təsdiqləyib. İşğalçı ölkənin sabiq liderinin həbsdən azad edilməsinə cəhdlərin arxasında onun sovet dövründən ağası olan Kremlin, konkret  olaraq Putinin durduğu  barədə iddialar var.  

 
Bu günlərdə Rusiya prezidentinin  həbsdə olan  Robert Köçaryanı 65 illik yubileyi münasibətilə təbrik etməsi də diqqəti bir daha çəkib. 
 
 İslaminSesi  Moderator.az -a istinadən   xəbər verir ki, Rusiya nəşrlərində çıxış edən erməni blogerlərdən biri Ermənistanın “PAST” qəzetinə istinadla maraqlı iddialar səsləndirib. Blogerin yazdığına görə,  V.Putinin  oktyabrın 1-də  İrəvanda keçirilməsi gözlənilən Avrasiya İqtisadi İttifaqı ölkələrinin sammiti çərçivəsində Ermənistana səfəri zamanı  türmədəki R.Köçəryana baş çəkmək niyyəti var. “Bu münasibətlə Rusiya Federasiyası Prezidentinin müvafiq xidmətləri Ermənistan hökumətindən digər məsələlər arasında Putinin cəzaçəkmə müəssisəsinə baş çəkməsi üçün də tam təhlükəsiz şəraitin yaradılmasını tələb edib.  Ancaq adı çəkilən qəzetin mənbələrinə görə, Ermənistan hakimiyyəti bunu etməkdən imtina edib. İmtinaya cavab olaraq Rusiya prezident administrasiyası rəsmi İrəvana sentyabrın 10-dək məsələni həll etmək üçün vaxt verib və əks təqdirdə  sammiti Moskvaya keçirməklə hədələyib. Mənbələrdə Putinin Köçəryana "yumşaq münasibətini",  hər il ad günü təbriklərini və s. nəzərə alsaq, İrəvanda penitensiar sistemə baş çəkmək istəməsinin səbəbləri göstərilməsə də, güman etmək olar ki, Vladimir Putin Robert Köçəryandan ötrü darıxıb və onu görmək istəyir ...  Pivə içmək istəyir, yoxsa nə?..”-erməni bloger belə yazır.
 
P.S. Hamıda təbii sual yaranır: “Putini Köçəryanı, bir az da Sarkisyanı belə “sevməyə” vadar edən nədir?” Cavab çox sadədir; hamısı köhnə “KQB”  oyunçuları, təxribatçılarıdır.  Ümumiyyətlə, SSRİ dağılandan bu yana postsovet məkanında qondarılmış münaqişələri, o cümlədən Qarabağ “problemi”ni yaradan, idarə edən və nəzarətdə saxlayanların hamısı “KQB”-“SRU” oyunçularıdır. Həmin münaqişələrin həllinə də, “KQB” arxivlərinin açılmasına da imkan verməyənlər elə köhnə oyunçular və ya onların törəmələridir. Çünki hər iki halda “torba”dan özləri çıxacaq. “KQB”nin Moskvadakı arxivləri açılsa və Qarabağ məsələsi həll olunsa, Köçəryanın, hələ Ter-Petrosyanın da  Bakıdakı dostları üzə çıxacaq...

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər