MƏDƏNİYYƏT

Hit : 1497

Professora dərs verən tələbə - İbrətamiz həyat hekayəsi

Professora dərs verən tələbə - İbrətamiz həyat hekayəsi

10:17, 19.02.2018

İslaminSesi sizə ibrətamiz bir həyat hekayəsini təqdim edir.

Kalifornyanın Long Biç şəhərindəki Əyalət universitetində dərs deyərkən diqqətimi bir qız cəlb etdi. Bu gənc xanım xüsusi bir özəlliklərə sahib idi. Həm həddindən artıq gözəl idi, həm də çox savadlı bir tələbə idi. Nəzakətli təbiəti ilə bütün imtahanlardan əla almağı bacarırdı. Bir dəfə fakültənin pikniyində bu xanım qızın nişanlısı ilə tanış oldum. İlk beynimə gələn fikir "Armudun yaxşısını ayılar yeyər" oldu. Qızın mənimlə tanış etdiyi şəxs 27-28 yaşlarında, gonbul, qısa boylu və keçəl biri idi. Düşündüm ki, ola bilsin bu gənclə puluna görə nişanlanıb. Daha sonra öyrəndim ki, bu gəncin elə də imkanı yoxdur, psixologiya fakültəsində təhsil alır və artıq akademik kimi karyera qurmaq fikrindədir. 

 

Bütün fikrim qarışmışdı. Görəsən mənim bu cür gözəlliyə malik tələbəm bu adamda nə tapmışdı?  Daha sonra marağımın öhdəsindən gələ bilməyib tələbəmə yaxınlaşdım. 

"Onu hansı xüsusiyyətlərinə görə sevdin?" -Sualım onu diksindirdi. Çünki müəllimin belə məhrəm mövzuda sual verməsini heç gözləmirdi. Tez özünü ələ alaraq dedi:"O çöx möhtəşəm bir insandır. O mənim qəhrəmanımdır. Mən ondan çox şeylər öyrənmişəm". 

 

O an ilk hiss etdiyim qısqanclıq duyğusu oldu. Gözəl bir qadının öz kişisinə "Sən mənim qəhrəmanımsan" deməsindən möhtəşəm  nə ola bilər ki?" 

-Necə yəni?- deyərək təfərratlara varmaq istədim. 

 

-Frank bir yetimxanada böyüyüb. Yetim olmanın nə olduğunu bildiyi üçün universitetə girən kimi iki yetim uşağı himayəsinə götürüb. Həftənin 10 saatını onlara ayırır. Onlarla görüşüb, oynayır və kitab oxuyur. Onların yaxşı böyüməsi üçün əlindən gələni edir. İndi biri əməliyyat olunub, xəstəxanada yatır. Frank indi gecələri xəstəxanada qalır və  o uşağın qayğısına qalır. 

 

Üzümə sillə dəymiş kimi susdum. Mən guya təhsilin ən yüksək pilləsinə gəlmiş adam kimi özümdən bu qədər razı idim. Qarşımdakı insanı tanımadan "ayı" deyə mühakimə etməkdən belə çəkinməmişdim. Xəcalətimdən nə edəcəyimi bilmədim. /Doğan Cücənoğlu "İçimizdəki uşaq" kitabından.

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər