MÖVQE

Hit : 1049

Pornosaytlarla hara gedirik? - Manqurtlaşmaya aparan yol

Pornosaytlarla hara gedirik? - Manqurtlaşmaya aparan yol

11:16, 12.04.2019

Qadir İbrahimli: “Bu məzmunda saytın işə başlaması qəti şəkildə yolverilməzdir və dövlət qurumları, hüquq-mühafizə orqanları tərəfindən mutləq qadağan edilməlidir”

  

Cəmiyyətdə gözlənilməz və dəhşətli hadisələr bir-birini əvəz etdikcə mənəvi dəyərlərin sürətlə aşılandığını daha çox hiss edirik. Yəqin ki, məndən başqa da bu xoşagəlməz statistikaya diqqət yetirənlər var. Soyqırımı günü çılpaq qızların içkili halda oxuduğu meyxana gündəmi tamam dəyişdi. Az keçmədən efirdən söyüşlə mahnı səslənməsi, 14 yaşlı qızın intiharı da güclü rezonans doğurdu.

 

Toplum, məsələyə ciddi təpki verdi və nəticədə problem prezidentin nəzarətinə keçdi. Lakin ölkəni silkələyən olaylar yenidən gündəmə daşındı. Bacının qardaşdan uşaq dünyaya gətirməsi kimi iyrənc xəbərin də başlıqlara daşınması fonunda Azərbaycanda porno sayt açılması barədə məlumatlar isə millətin gələcəyini düşünən, həqiqi ziyalı düçüncəsinə malik insanları sozün əsl mənasında sarsıtdı.

 

Son 15 ildə cəmiyyətin hər bir üzvü uzun əsrlər boyu formalaşmış ailə və mənəvi-əxlaqi dəyərlərin zorla insanların düçüncəsindən qoparılması prosesini kədərlə izləməkdədir. Vərdiş etdiyimiz dəyərlərdən, mənəvi-etik normalardan uzaqlaşdıqca məvəvi böhranın daha da dərinləşdiyini müşahidə etməkdən başqa isə əlimizdən heç nə gəlmir. Uzun zaman ərzində formalaşmış və bizim vərdiş etdiyimiz həmin dəyərlər avrostandartlar qarşısında uçulub dağıldıqca dəhşətli hadisələr tədricən bizim üçün adiləşməyə, vərdiş halna gəlməyə başlayıb. İtirdiklərimizin, hansı vəziyyətə düşdüyümüzün fərqinə varsaq belə, artıq gec olduğunu, qatarın getdiyini də ürək ağrısı ilə dərk edirik. Çünki artıq kütləyə çevrilmiş toplumun zövqləri, düşüncəsi, maraqları məhz axlaqsız xəbərlər, bayağı musiqilər, iyrənclik yayan informasiyalarla yüklənib. Buna görə də cəmiyyətdə baş verənləri böyük təəssüf hissi ilə müşahidə edir, gözümüzün önündə gənclərimizin uçuruma doğru necə yuvarlanmalarını ağrı ilə sakitcə seyr edirik. Ən acınacaqlısı isə bu mənəvi boşluğun çoxlarını ciddi narahat etməməsidir.

 

Bu gün bir çoxlarının yeganə məqsədləri şəhvət və ehtiras hissi də daxil olmaqla, hər cür iyrənc və bayağı zövqlərin təmin olunduğu informasiyalara yiyələnməkdir. Ən pisi isə bu informasiyalarin telekanallar və KİV, o cümlədən sosial şəbəkələr vasitəsilə təbliğinin gənclər tərəfindən bəh-bəhlə qəbul edilməsidir. Yeniliklər, müasir texniki nailiyyətlərdən imtina etmək təbii ki, düz olmazdı, amma bu üstünlüyə yiyələnmək , xalqımızın öz simasını, əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri itirmək hesabına olmamalıdır. Amma başa düşmək olmur ki, nəyə görə kimsə bu proseslərin qarşısını almaq üçün nə isə etmək istəmir. Sanki hansısa sehrli əl cəmiyyətin dəyərlər toplusunu daha sürətlə dağıtmaq üçün yeni mexanizmlər ortaya atır. Elə bu porno saytının açılması xəbəri kimi ...

 

"İslamınSesi" saytına ciddi  narahatlıq doğuran məqamla bağlı fikirlərini çatdıran sosioloq Qabil İbrahimlinin sözlərinə görə, bu xöşagəlməz durum təbii ki, onu ən azından bir vətəndaş, ziyalı olaraq ciddi narahat edir: "Amma sözsüz ki, bu məsələ ilə dövlət qurumları, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bu məzmunda saytın işə başlaması yolverilməzdir və mutləq qadağan edilməlidir". Sosioloq burda hansısa qüdrətli əlin, sehrli çubuğun isə düşdüyünü və proseslərə təkan verdiyini güman etmir: "Sadəcə bu layihə biznes layihəsi ola bilər. Pritonların fəaliyyəti biznes layihəsi olduğu kimi. Ona görə də məsələyə hüquq-mühafizə orqanları qiymət verməli və əxlaqsız saytın fəaliyyətinə qadağa qoymalıdır".

 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər