ARAŞDIRMA

Hit : 25

Peritonun iltihabı - koronavirusun yeni fəsadları müəyyən edilib

Peritonun iltihabı - koronavirusun yeni fəsadları müəyyən edilib

12:26, 14.05.2020

Həkimlər koronavirusun yaratdığı yeni bir fəsad tapıblar.

Vesti.ru xəbər verir ki, Federal Biomedikal Agentlik (FBMA) iki xəstədə peritonun iltihabının inkişaf etdiyini bildirib.

 

Hər iki xəstə koronavirusun tipik simptomları (burun tutulması, qızdırma, öskürək) ilə xəstəxanaya qəbul edilib. COVID-19 üçün testlər müsbət olub. Müalicə zamanı onların sağlıq durumu daha da pisləşib - "kəskin qarın" əlaməti ortaya çıxıb, bədən temperaturu yüksəlib. Laparoskopik əməliyyat zamanı xəstələrdə qarın boşluğunda maye də aşkar edilib (astsit).


FMBA hesab edir ki, COVID-19 ilə peritoneal iltihab, "mikroselsellərdə patoloji dəyişikliklərə və bəzi serroz membranların aseptik iltihabına səbəb ola biləcək bir virus infeksiyasına sistemli reaksiya nəticəsində baş verir".


Daha əvvəl ABŞ-da və bir sıra Avropa ölkələrində onlarla uşağın nadir Kavasaki sindromu ilə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər