SİYASƏT

Hit : 1298

Pelosi: “Tramp üçün bütün yollar Putinə aparır”

Pelosi: “Tramp üçün bütün yollar Putinə aparır”

11:57, 30.06.2020

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət başçısı Donald Trampın Rusiyanın ünvanına səslənən bütün ittihamları görməzdən gəlməyə meyilli olduğunu bildirib.

İslaminSesi oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Mediaite” məlumat yayıb.

 

Rusiya kəşfiyyatının guya Əfqanıstanda taliblərlə əlaqəli döyüşçülərə amerikalı hərbçilərə hücum üçün mükafat təklif etməsi və bunun D.Trampa məruzə edilməsinə baxmayaraq, prezidentin heç bir tədbir görməməsi ilə bağlı informasiyalara münasibət bildirən N.Pelosi qəzəbini gizlətməyib.

 

 

“Prezident bu barədə eşitdiyi an hər şeyi təkzib etmək əvəzinə, daha çox məlumat öyrənməyi istəməli idi”, - deyə N.Pelosi bildirib.

 

 

Onun fikrincə, D.Tramp üçün “bütün yollar Putinə aparır”. O, D.Trampı Rusiya üçün hədiyyə adlandırıb.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər