SİYASƏT

Hit : 123

Paşinyan ən yaxın silahdaşını istefaya göndərdi – Yerevanda hamı bundan danışır

Paşinyan ən yaxın silahdaşını istefaya göndərdi – Yerevanda hamı bundan danışır

11:32, 09.01.2020

Artıq hökumətin saytında Karapetyanın Baş Nazirin mətbuat katibi postundan istefaya göndərilməsinə dair məlumat yerləşdirilib

Ermənistan Baş Naziri Nikol Paşinyan öz mətbuat katibi Vladimir Karapetyanı tutduğu vəzifədən azad edib. 

 

İslaminSesi "Sputnik Ermənistan"-a istinadla xəbər verir ki, bu barədə Karapetyan öz "Facebook" səhifəsində yazıb.


"Bu gündən etibarən mən Baş Nazirin mətbuat katibi səlahiyyətlərini icra etmirəm. Baş Nazirin ofisində keçirdiyim bu il çox yaxşı təcrübə oldu. Təyin olunana qədər söz verdiyim kimi, işimi həvəslə və zövqlə yerinə yetirdim. Təşəkkür edirəm".


Artıq hökumətin saytında Karapetyanın Baş nazirin mətbuat katibi postundan istefaya göndərilməsinə dair məlumat yerləşdirilib.


Xatırladaq ki, Karapetyan 2018-ci ilin fevralından Paşinyanın mətbuat katibi olub. Buna qədər isə o, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının üzvü olub./sputnik.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər