MÖVQE

Hit : 428

Ölümqabağı fırtına - ABŞ Yaxın Şərqdə yeganə ümidini terror təşkilatlarına bağlamaqdadır

Ölümqabağı fırtına - ABŞ Yaxın Şərqdə yeganə ümidini terror təşkilatlarına bağlamaqdadır

16:03, 20.06.2019

Xəbər verildiyi kimi, ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.

 

 

Maraqlıdır, Birləşmiş Ştatlar "Patriot" kompleksini və qeyd edilən digər hərbi texnikasını konkret olaraq hansı ölkələrə və nə məqsədlə göndərmək niyyətindədir?

 

Doğrudur, bu barədə məlumat verilmir. Amma hərbi texnikanın göndəriləcəyi ölkələrin adlarını təxmin etmək heç də çətin deyil. Söhbət əlbəttə, Yaxın Şərqdəki müttəfiqlərindən, həmçinin işğal etdiyi ölkələrdən gedir. Bu ölkələr sırasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İraq, Əfqanıstan, xarabazara çevirdiyi Liviya və digərləri yer alır. Qeyd edək ki, PKK və YPG kimi terror təşkilatlarının düşərgələri də bu qəbildəndir.

 

Məqsədə gəldikdə isə, şübhəsiz ki bu da bəllidir. Söhbət İsraili "qorumaq" bəhanəsi ilə ABŞ-ın regional güc kimi İran İslam Respublikası və Rusiya ilə az qala müttəfiqlik səviyyəsinə qədər gəlib çatan Türkiyəni zərərsizləşdirmək cəhdindən gedir. Bunu Pentaqonun "ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq" deyə eyhamlı açıqlaması da təsdiqləyir. Bununla belə, Birləşmiş Ştatlar başa düşməmiş deyil ki, artıq Yaxın Şərqdə qarşısına qoyduğu məsələlərin heç birini zor gücünə uğurla yerinə yetirə bilmir. Artıq ABŞ-a, onun bölgədə mövcudluğuna nifrət edənlərin sayı durmadan artır. Hətta bölgədəki müttəfiqləri belə onunla münasibətlərə yenidən baxmağa başlayıblar. Beləliklə, ABŞ-ın Yaxın Şərqdə yeganə ümidinin terror təşkilatlarına qaldığını söyləmək olar.

 

/İslaminsesi.info/

 

 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər