ARAŞDIRMA

Hit : 1741

Ölülər danışır - 3 minillik mumyadan səslər qeydə alındı (VİDEO)

Ölülər danışır - 3 minillik mumyadan səslər qeydə alındı (VİDEO)

20:52, 24.01.2020

Alimlər qədim Misir mumiyasının səsini bərpa ediblər.

İslaminSesi ölkə.az-a istinadən xəbər verir ki, Britaniyada tədqiqatçılar ölülərin danışdıqlarını sübut ediblər.

 

Onlar 3000-dən çox yaşı olan Misir mumiyasının səsini bərpa edə biliblər.

 

Mumyalanmış cəsəd 50 yaşında vəfat edən qədim Misir keşişinə aid olub.


Onlar hesablanmış kompyuter tomoqrafiya kombinasiyasından, 3D çap və elektron boğazının birləşməsindən istifadə edərək, bir neçə səsin səslənməsini əldə ediblər.

 

Həmçinin Qaynarinfo-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə e.ə. XXI əsrin əvvəllərində 11-ci Ramzesin fironluğu dövründə rahiblik etdiyi bildirilən Nesyamunun səsi üç ölçülü səsyazma cihazı ilə olduğu kimi kopyalanıb. Mumyalanmış bədənin yaxşı qorunduğuna diqqət çəkilən məqalədə səsin bərpasının sadəcə yumşaq toxumaların zərər görmədiyi təqdirdə mümkün olduğu qeyd olunur.
 
İlkin mərhələdə sadəcə e səsinə bənzər "eeuuughhh" kimi eşidilən səsi əldə etməyə nail olan alimlər gələcəkdə mumyanın səsi ilə tam cümlələr hazırlamağı düşünürlər.
 
Sözügedən araşdırma ölmüş birinin səsinin ilk dəfə bərpa edilməsi baxımından önəmli hesab edilir.
 
 

 

 

 

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər